Icma.az
close
up
RU
Fransa ordusunun “Şeytanı” Napoleonun etibar etmədiyi, lakin ehtiyac duyduğu general kim idi? KONKRET

Fransa ordusunun “Şeytanı” Napoleonun etibar etmədiyi, lakin ehtiyac duyduğu general kim idi? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

General Fransua Furnye-Sarlovez Napoleonun xidmətində olmuş ən cəsur, eyni zamanda ən idarəolunmaz və gözlənilməz yüksək rütbəli zabitlərdən biri idi. O, intizamı sanki özünə qarşı yönəlmiş bir cəza hesab edirdi. Qaydaları və əmrləri bəyənmədikdə, onları açıq şəkildə saymır, lazım bilmədiyi göstərişlərə məhəl qoymurdu.

General silahdan məharətlə istifadə edir və duellərin qorxulu rəqibi kimi tanınırdı. Bəlkə də onun çoxsaylı duellərdən aldığı zövqün səbəblərindən biri imperatorun bu cür qanun pozuntularına qarşı son dərəcə sərt mövqedə dayanması idi. Napoleonun qadağalarına baxmayaraq, Furnye öz təhlükəli vərdişindən əl çəkmirdi.

Gəncliyində Fransua macəra axtarışına çıxaraq kralın “Konstitusiya qvardiyası”na yazılmışdı. Həmin dövrdə kralçı alayda xidmət etmək təhlükəli idi. Furnye təhlükələrdən qorxmasa da, tezliklə inanmadığı bir ideya uğrunda həyatını riskə atmaq istəmədiyini anladı.

Bundan sonra o, doqquzuncu draqun alayına podporuçik rütbəsində daxil oldu və general Ann-Pyer Monteskyü-Fezansakın komandanlığı altında xidmət etməyə başladı.

Sonrakı 25 il ərzində Furnye döyüş meydanlarında özünü dəfələrlə sübut etdi. Şatilyon, Montebello, Marenqo, Qaeta, Ey lau, Fridland, Korunya, Fuentes-de-Onyoro, Smolensk və Leypsiq döyüşlərində, eləcə də bir çox başqa hərbi əməliyyatlarda fərqləndi.

1809-cu ilin mayında, İspaniyada Furnye marşal Sultun komandanlığı altında fəaliyyət göstərən İkinci korpusun tərkibində xidmət edirdi. Ona üç piyada batalyonu, iki husar eskadronu və dörd top verilmiş, Luqo şəhərciyinin müdafiəsi tapşırılmışdı.

İspan generalı Nikolas Maxininin 15 min nəfərlik ordusu şəhərə doğru irəliləyirdi. İspanlar Luqoya dəfələrlə hücum etdilər. Onların komandanı Furnyeyə bir neçə dəfə təslim olmağı təklif etsə də, fransız generalı hər dəfə bundan imtina etdi.

Düşmən qüvvələrinin sayca təxminən onqat üstünlüyünə baxmayaraq, Furnye dörd gün ərzində müdafiəni davam etdirdi. Nəhayət, Sultun ordusunun yaxınlaşdığı barədə xəbərlər ispanlara çatdıqda, Maxi ordusunu Luqodan geri çəkməyə məcbur oldu.

Furnyenin hərbi istedadı və şəxsi cəsarəti şübhə doğurmurdu. Lakin onun xarakteri, itaətsizliyi və qalmaqallı davranışları Fransa imperatorunun səbrini tükəndirirdi.

Generalın yaxın dostları arasında Napoleona müxalif mövqeyi ilə tanınan şəxslər də var idi. Onların sırasında general Moreau, Antuan Delma və Qabriel Donnadye kimi hərbçilər vardı.

Sarladan olan bu gənc döyüşçü qalmaqallı əhvalatlarda o qədər tez-tez hallanırdı ki, Napoleon nəhayət onu ordudan uzaqlaşdırmağa məcbur oldu.

Lakin 1809-cu ildə baş vermiş Vaqram döyüşündən sonra Fransa ordusunun yüksək rütbəli zabitləri arasında ciddi itkilər yaranmışdı. D’Espan, Lann, Lassal, Bonne, Bude, Şabane, Loşe, Deze, Servoni, Kampanya və de Billi kimi komandirlər artıq sıralarda deyildilər. De Büssi, Lefevr-Denüett, Ekselman və Lejen isə İngiltərədə əsir saxlanılırdılar.

Napoleonun qarşısında mühüm problem dayanırdı: ordunun yüksək komandanlıq heyətində yaranmış boşluğu doldurmaq lazım idi.

İmperator çıxış yolunu əvvəllər özü uzaqlaşdırdığı generalı yenidən xidmətə çağırmaqda gördü.

Beləliklə, intizamsızlığı və duellərə olan həvəsi ilə ad çıxarmış, lakin döyüş meydanında cəsarəti və məharəti ilə seçilən Fransua Furnye-Sarlovez yenidən Napoleon ordusuna qayıtdı.

O, imperatorun həm etibar edə bilmədiyi, həm də ehtiyac duyduğu generallardan biri idi.

Hazırladı: Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri