Məhəmməd Salah: Misir xalqı üçün Qızıl top u qazanmaq istərdim
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhəmməd Salah Misir xalqı üçün "Qızıl top"u qazanmaq istədiyini dilə gətirib.
İdman.biz xəbər verir ki, "Liverpul" və Misir millisinin futbolçusu "L’Equipe" nəşrinə müsahibəsində bunu etiraf edib.
Salah Çempionlar Liqasındakı uğursuzluğun "Qızıl top" uğrunda mübarizəyə təsir edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Bu, mənim səlahiyyətimdə deyil, amma bir gün xalqım üçün "Qızıl top"u qazanmaq istərdim. Misirdə kənddə doğulmusansa, uşaq vaxtı "Qızıl top"u xəyal etmək çətindir. "Liverpul"a köçəndə düşünməyə başladım ki, bəlkə bir gün bu, mümkün olacaq... Amma qazanmasam belə, karyeramı yenə də uğurlu saymaq olar".
"Liverpul"un misirli vingeri yaş məsələsinə də toxunub: "Cəmi 32 yaşım var, son illərdə bir neçə qalibin yaşı 30-dan çox idi. Ona görə də bilmək olmaz. Növbəti mövsüm də maraqlı olacaq: biz "Liverpul"la titulumuzu qorumağa çalışaraq Çempionlar Liqasında da çıxış edəcəyik, Misir millisi ilə Afrika Millətlər kubokunda və ümid edirəm, dünya çempionatında oynayacağıq. Ambisiyalarım isə bütün titulları qazanmaqdır".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 10 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















