Icma.az
close
up
RU
Məhkəmə 5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı

Məhkəmə 5 yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Birləşmiş Uşaq Xəstəxanasının Cərrahiyə şöbəsində uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və həmin xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri (həkim-ümumi cərrah) olmuş Ədalət Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, Ədalət Süleymanovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə və Şöhrət Əhmədovun Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib. Bərdə Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən Ədalət Süleymanova aid hissədə dəyişdirilmədən saxlanılıb.


İttihama görə, hadisə 2020-ci ilin avqustunda baş verib. 2015-ci il təvəllüdlü Gülüm Abidova avqustunda yaşadıqları həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Sonra valideynləri onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediyinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib. Sonra Gülümün vəziyyəti pisləşdiyi üçün onu təcili yardım maşını ilə Bakıya gətiriblər. Saat 20:00 radələrində xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib. Hadisədən sonra Şöhrət Əhmədov və Ədalət Süleymanov saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
 

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, Ədalət Süleymanova isə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Bərdə Rayon Məhkəməsinin çıxardığı Ədalət Süleymanova aid hissədə ləğv olunub. Belə ki, o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin hökmü Ədalət Süleymanova aid hissədə ləğv olunub və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdı. 

Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Yanvar 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see141

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see139

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see135

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see116

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri