Icma.az
close
up
RU
Məhkəmə sərnişinin ölümündə günahlandırılan “Prius”un sürücüsü ilə bağlı qərar çıxardı

Məhkəmə sərnişinin ölümündə günahlandırılan “Prius”un sürücüsü ilə bağlı qərar çıxardı

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Ali Məhkəmədə avtomobillə qəza törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Süleyman Bağırovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kasassiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü il dekabrın 12-də Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb. Belə ki, S.Bağırovun “Yango” proqramı üzrə taksi kimi sürdüyü avtomobil Zığ yolunda “Tata” markalı evakuatora çırpılıb. Nəticədə “Toyota Prius”dakı sərnişin, ön oturacaqda əyləşmiş 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə aldığı xəsarətlərdən 3 saylı Klinik Xəstəxanada ölüb. Onunla birgə taksidə olan digər iki xanım sərnişin isə xəsarət alıb. Məlum olub ki, qəzaya düşən qadınlar gözəllik salonunda birgə çalışıb və hadisə vaxtı taksi ilə Mərdəkandan Əhmədliyə gedirmiş. Hadisədən sonra əraziyə FHN əməkdaşları gəlib və Ramilə Əlizadəni ağır vəziyyətdə əzilmiş maşından çıxarıblar.

Suraxanı Rayon Məhkəməsi S.Bağırovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. O, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə təmin etməyib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see157

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see118

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see115

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see114

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see113

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see112

Rusiya ərzaq böhranı ilə üzləşib..?

11 İyun 2025 00:04see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri