Icma.az
close
up
RU
Məhkəmə: ABŞ ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsi Almaniya üçün məsuliyyət yaratmır

Məhkəmə: ABŞ ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsi Almaniya üçün məsuliyyət yaratmır

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 15 iyul, AZƏRTAC

Almaniya Konstitusiya Məhkəməsi ABŞ-ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsinə görə Almaniyanın məsuliyyət daşıması barədə Yəməndə yaşayan iki nəfərin müraciəti ilə bağlı qərar qəbul edib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, məhkəmə Almaniyanın ABŞ-ın Ramştayn bazası vasitəsilə idarə olunan dron hücumlarını daha sərt şəkildə nəzarətə almadığı və ya qarşısını almadığı üçün beynəlxalq hüququ pozmadığına hökm çıxararaq, konstitusiya şikayətini rədd edib. Qərarda qeyd olunub ki, Almaniyanın ümumi qoruma öhdəliyi var, bu da fundamental insan haqlarını və humanitar beynəlxalq hüququn əsasını ölkə xaricindəki əcnəbilərə qarşı da qorumaq borcudur. Lakin konkret bu iş üzrə həmin qoruma öhdəliyinin hüquqi şərtləri yerinə yetirilmədiyi üçün Almaniyanın məsuliyyət daşımadığı bildirilib.

ABŞ hərbi qüvvələri Yəməndə şübhəli terrorçulara qarşı mütəmadi olaraq silahlı dron hücumları həyata keçirir və bu hücumlar zamanı Almaniyanın Raynland-Pfalts əyalətindəki Ramştayn hərbi bazasından istifadə edir. Şikayətçilər 2012-ci ildə ABŞ hərbi dronlarının hücumu nəticəsində Yəməndə iki yaxın qohumlarının öldüyünü, həmçinin daim bu hücumların qurbanı olma qorxusu ilə yaşadıqlarını, mülki şəxslərin həlak olması hallarının davamlı baş verdiyini bildiriblər.

Almaniya hökumətindən isə qeyd edilib ki, əgər Almaniya yalnız öz ölkəsində yerləşən hərbi bazaya görə xarici qüvvələrin üçüncü ölkələrdəki əməliyyatlarını beynəlxalq hüquqa uyğunluq baxımından nəzarət etməli olsaydı, bu, ölkənin hərbi ittifaqlardakı (xüsusilə NATO) fəaliyyət qabiliyyətini təhlükə altına salar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see143

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see126

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see123

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see115

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see115

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111

Ağdaşdakı dəhşətli hadisənin şahidləri danışdılar

14 İyul 2025 00:14see109

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri