Icma.az
close
up
RU
Məhkəmə müəllimi baltalayaraq qətlə yetirən şəxslə bağlı qərar çıxardı

Məhkəmə müəllimi baltalayaraq qətlə yetirən şəxslə bağlı qərar çıxardı

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə tanışını qətlə yetirməkdə təqsirləndirilən Aslan Şüvünəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd: Hadisə 01 may 2023-cü il tarixdə Astara rayonu Şümrüd kəndində qeydə alınıb. Belə ki, rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyev şəxsi münasibətlər zəminində 1969-cu il təvəllüdlü Eynəli Əzizovu balta ilə xəsarətlər yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama qeyd edilib ki, hadisə günü Aslan Astara rayonu Şümrüd kəndində yerləşən ailəsi ilə birgə yaşadığı Eynəliyə məxsus yaylaq sahəsində olub. O, Eynəli ilə birlikdə təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib. Mərhum isə onun arvadı ilə evdə tək qalıb. Eynəli bundan istifadə edərək təqsirləndirilən şəxsin arvadına sataşıb intim münasibətdə olmaq istəyib. Aslan meşədən qayıtdıqdan sonra həyat yoldaşı ona bu barədə bildirib. O, hiddətlənərək qisas almaq niiyətilə Eynəli Əzizovu öldürmək qərarına gəlib, sonra yaylaqdan çıxıb qohumunun obasına tərəf gedən mərhuma saat 16:21-də zəng edib, meşə ərazisində dərədə mal-qaranın hürkmək səslərinin gəlməsini eşitdiyini söyləyib. Eynəli Əzizov isə dərəyə tərəf gəlib, arvadına sataşdığı üçün onunla mübahisə edib. Bu zaman özü ilə əvvəlcədən götürdüyü balta ilə Eynəli Əzizovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib. Aslan Şüvünəliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, söyləyib ki, Eynəli Əzizovu onun arvadına sataşdığı üçün öldürüb.


Xatırlatma: Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib. O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.

Kamal Məmmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see201

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see175

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see163

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see139

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see129

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri