Icma.az
close
up
RU
Məhkəmə Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı mobil operatorlara sorğu göndərəcək

Məhkəmə Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı mobil operatorlara sorğu göndərəcək

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri elan olunub. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri həmin şahidlərə suallar ünvanlamaq istədiklərini bildirərək onların prosesə çağırılmasını xahiş edib. Məhkəmə vəsatəti qəbul edib.

Təqsirləndirilən Gövhər Əhmədovanın vəkili başqa vəsatət verərək, Vəli Rəhimovun 2020-ci ilin dekabrından 2021-ci ilin sonunadək harada olduğu ilə bağlı anten məlumatlarının əldə olunmasını istəyib. Gövhər Əhmədovanın Auditorlar Palatasından mənimsədiyi iddia olunan məbləğin Vəli Rəhimova verdiyini deyib.

V.Rəhimov isə həmin dövrdə Xızıda olduğunu söyləyib. O, mənimsənilən məbləğin G. Əhmədova tərəfindən şəxsi ehtiyaclar üçün istifadə edildiyini iddia edib.

G.Əhmədova etiraz edərək V.Rəhimovun tez-tez işə gəldiyini, Xızıda olduğu iddiasının düzgün olmadığını deyib. O, iddia edib ki, Vəli Rəhimov müvafiq sənədləri imzalamaq üçün işə gəlirmiş. V.Rəhimov cavabında elektron imza sistemi ilə sənədləri imzaladığını bildirib.

Mənimsənən məbləğin harada olduğu hələ də bilinmədiyi üçün məhkəmə hər iki adı çəkilən şəxsin 2020-2021-ci illərdə harada olduğunu müəyyənləşdirmək məqsədilə təşəbbüs irəli sürüb. Belə ki, hər iki şəxsin anten məlumatlarının əldə edilməsi üçün onların abunə olduqları mobil operatorlara məhkəmə tərəfindən sorğu göndəriləcək.

Həmin məlumatların əldə olunması ilə bağlı proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri