Icma.az
close
up
RU
Auditorlar Palatasının 717 minlik mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi keçirilib

Auditorlar Palatasının 717 minlik mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.

Məhkəmədə ifadə verən prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev cinayət işi üzrə hesab əməliyyatları barəsində rəy verib.

O, bildirib ki, ondan öncə Auditlər Palatası yoxlama aparıb:

“İş üzrə zərərçəkmiş qismində tanınan Auditlər Palatası özü də yoxlama aparmışdı. Sonra biz apardıq. Yoxlama zamanı məlum oldu ki, bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul vəsaiti köçürüb. 2018-2022-ci illər ərzində yoxlama aparılıb. 2019-cu ilədək pullar kassasan, növbəti illər ərzində isə pullar Auditlər Palatasınnın kassasından banka, ordan da müxtəlif kartlara hissə-hissə köçürülüb”.

Təqsirləndirilən Vəli Rəhimovun vəkili Faiq Nəcəfov yoxlamanı aparan şəxsə kassa yoxlaması zamanı mədaxil və məxaric olan pulların qeydiyyatının aparılması ilə bağlı pullarln məbləğinin nə qədər olması ilə bağlı qeydlərin götürülməsi və həmin məbləğlərlə bağlı sual verib.

Vəlixan Allahverdiyev həmin məbləğləri əzbər xatırlamadığını, lakin həmin qeydləri götürdüyünü bildirib.

Vəkil sualını götürülən pulların yenidən kassaya mədaxil edilməsi ilə əsaslandırıb.

Şahid bildirib ki, aparılan yoxlama, verilən rəy Gövhər Əhmədova və Vəli Rəhimovun ona verdiyi sənədlər əsasında aparılıb.

Təqsirləndirilən Vəli Rəhimov Gövhər Əhmədovanı ona saxta sənəd verməkdə ittiham edib:

“Mən əvvəlki prosesdə də bildirmişəm. Bununla bağlı ittiham aktında da yazılıb. Gövhər xanım mənə 65 nəfərin adı qeyd olunan şəxslərin siyahısını imzalamaq üçün verirdi. Bizdə maksimun maaş 500 manatdır. Mən ona fikir verirdim. 65 nəfərin maaşının cəmini hesabalamırdım. Artıq yazılan məbləğ həmin cəm hissəsində yazılıb”.

Vəli Rəhimovun vəkili mühasibatlıq ekspertizanın aparılması ilə baölı məhkəməyə vəsatət verib.

Vəsatət təmin olunub.

Məhkəmə ekpertizanın təmin olunmasını, ekspertə konkret sualların verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi 4 iyulda keçiriləcək.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri