Icma.az
close
up
RU
Məhkəmə Azəri canavar ı güllələyən şəxsin cəzasını azaltdı

Məhkəmə Azəri canavar ı güllələyən şəxsin cəzasını azaltdı

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki Apellyasiya Məhkəməsində Yevlax rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən ləğv olunub. Təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ona bəraət verilib. Saleh Əliyevin 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 16 il 6 aya endirilib.


Qeyd: 2023-cü ilin noyabrın 12-si Yevlax rayonu ərazisində 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun baş nahiyyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Əhməd Nəsibov parkda “Makarov” tapançası ilə başından vurulub.


Xatırlatma: Qətlə yetirilən şəxs “TikTok”un aktiv istifadəçisi olub. O, həmin sosial şəbəkədə daha çox “azəri canavar” adı ilə tanınıb.


Hadisə Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib.


Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona çips verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib.


Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək, bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.


Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu taparaq onu odlu silahla qətlə yetirib.


Qeyd: Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.

Kamal Məmmədov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 İyun 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see135

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see120

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see119

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see119

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see116

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see116

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see116

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see113

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see113

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri