Icma.az
close
up
RU
Məhkəmə “Azəriqaz”ın “Paşa İnşaat”a yazdığı 72 min manatlıq qaz borcunu sildi

Məhkəmə “Azəriqaz”ın “Paşa İnşaat”a yazdığı 72 min manatlıq qaz borcunu sildi

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bakı Kommersiya Məhkəməsi “Azəriqaz” İB-nin “Paşa İnşaat” MMC şirkətinə hesabladığı 72 min 418 manat məbləğində borcun silinməsi haqqında qərar qəbul edib.
Yeniavaz.com
 xəbər verir ki, “Azəriqaz” İB barəsində qaldırılan iddiaya hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılıb.
“Paşa İnşaat” MMC (İddiaçı) “Azəriqaz” İB-yə (Cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanan 72 min 418 manat borcun silinməsi, vəkilə ödənilən 220 manat xidmət haqqının və iddiaçı tərəfindən ödənilən 307,25 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddia ərizəsi onunla əsaslandırılıb ki, “Paşa İnşaat” MMC ilə “Azəriqaz” İB arasında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 205 ünvanında yerləşən “Olympic Residence” yaşayış kompleksinin qazla təchiz edilməsi üçün 2018-ci il tarixində qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX2/2939 saylı müqavilə imzalanıb. Müqavilə çərçivəsində 10/23915 saylı abonent kodu üzrə göstərilən layihəyə qaz təchiz edilməkdədir. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında göstərilən layihə üzrə 2013-cü ilin oktyabr ayından etibarən hesablaşmalar aparılmaqdadır. Qeyd edilir ki, 2018-ci ilin dekabr ayında hər hansı əsas göstərmədən iddiaçıya 72 min 418 manat məbləğində əsassız borc hesablanıb. İddia ərizəsinə qoşma olaraq təqdim edilən abonentin saldosu sənədinə baxdıqda görünür ki, cavabdeh tərəfindən müvafiq sərfiyyatlara uyğun hesablanan bütün məbləğlər abonent tərəfindən ödənilib. Yalnızca əsassız tətbiq edilən 72 min 418 manat məbləğ ödənilmədən hər dəfə növbəti dövrə ötürülüb. Hesablanmış bu əsassız borcun silinməsi üçün iddiaçı tərəfindən cavabdehə məktubla müraciət edilib, lakin cavabdeh tərəfindən məktuba heç bir reaksiya göstərilməyib və cavablandırılmayıb. Qeyd edilir ki, layihənin idarə edilməsi üzrə hüquq və öhdəliklər 2023-cü ilin yanvarın 1- dən etibarən başqa bir şirkətə ötürülüb. Hazırda layihənin idarəedilməsi həmin şirkətdə olduğu halda 10/23915 saylı abonent kodu üzrə bütün qaimələrin və hesabfakturaların “Paşa İnşaat” MMC-yə gəlməsi iddiaçını maliyyə cəhətdən çətin vəziyyətə salır.
Məhkəmə iddiaçının iddiasını təmin edərək əsassız olaraq hesablanan 72 min 418 manat borcun silinməsi öhdəliyini “Azəriqaz” İB-yə həvalə edib. Bundan başqa “Azəriqaz” İB-dən 307,25 manat dövlət rüsumu, 220 manat hüquqi yardıma görə xərc, ümumilikdə 527,25  manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarıb.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri