Icma.az
close
up
RU
Məhkəmə azyaşlı qıza əxlaqsızlıq edən 58 yaşlı kişi ilə bağlı qərar çıxardı

Məhkəmə azyaşlı qıza əxlaqsızlıq edən 58 yaşlı kişi ilə bağlı qərar çıxardı

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsinin seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Maqsud Bəşirovun (ad, soyadı şərti) barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Maqsud Bəşirov 2013-cü il təvəllüdlü, azyaşlı olan aşkar surətdə 14 yaşına çatmamış zərərçəkmiş T.T.-ni (ad, soyadı şərti) təxminən 2022-ci il sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evinin həyətinə çağırıb. Təqsirləndirilən şəxs həyətdə tək qalarkən azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Hadisədən sonra Maqsud Bəşirov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirinin olmaması əsası ilə barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Mart 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see141

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see132

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see129

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see117

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see116

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see114

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see112

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri