Icma.az
close
up
RU
Keçmiş köçkünlərin rəqəmsal bacarıqları artırılır

Keçmiş köçkünlərin rəqəmsal bacarıqları artırılır

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri iyunun 28-də Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin, iyunun 30-da isə “Mingəçevir Turizm Kolleci” Publik Hüquqi Şəxsin kompüter mərkəzlərində təlimlərə qatılan keçmiş köçkünlərin rəqəmsal bacarıqlarını qiymətləndirib. Təlimçilər Pərvanə Ağayeva və Ləman Nəbiyeva, eyni zamanda layihə rəhbəri Fərman Nəbiyev benefisiarlara suallarını ünvanlayıblar. Cavablardan məlum olub ki, hər iki auditoriya proqramın bir ay ərzində nəzərdə tutulan hissəsini mükəmməl öyrənməyə və  tətbiq etməyə nail olub. İyulun sonunadək davam edəcək layihə 30-dək keçmiş köçkünün əmək bazarına inteqrasiyasını və rəqəmsal biliklərini artırmağı hədəfləyib. Uğur qazanan iştirakçılara yekunda sertifikatlar təqdim olunacaq.

Ötən müddətdə  “Mingəçevirdə İT təlimi” və “Bərdə yay məktəbi” adı ilə fəaliyyət göstərən qrupların sosial aktivliyi üçün də maraqlı təşəbbüslər həyata keçirilib. Belə ki, Bərdə qrupunun Şəhidlər Xiyabanına ziyarəti, azad olunmuş ərazilərə səfəri təşkil olunub. Bütün məşğələlərin təqdimatları Mingəçevir qrupunun WhatsApp səhifəsinə yüklənib.

Təlimlər “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin may ayının 1-dən həyata keçirdiyi “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi çərçivəsində təşkil olunur. Layihənin donoru  “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsdir.

İctimai Birlik 2022-ci ildən yerli və beynəlxalq donorların dəstəyi ilə keçmiş köçkünlərə yönəlik davamlı işlər həyata keçirir. Bunlara məcburi köçkün icmalarında sorğular və maarifləndirmə tədbirləri, məşğulluq ehtiyaclarının araşdırılması, birgəyaşayış mövzusunda məlumatlandırma kampaniyaları və peşə bacarıqlarının artırılması barədə layihələr daxildir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 İyun 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri