Icma.az
close
up
RU
Məhkəmə bank əməkdaşının cəzasını azaltdı

Məhkəmə bank əməkdaşının cəzasını azaltdı

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali Məhkəmədə səhlənkarlıqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən X.Məmmədovun barəsindəki hökmdən dövlət tərəfindən verilən kassasiya protesti, məhkum və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmişin şikayəti təmin edilməyib, dövlət ittihamçısının kassasiya protesti və X.Məmmədovun kassasiya şikayəti qismən təmin olunub. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib. Məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq) maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilib və onun cəzası 6 aya edilib. X.Məmmədov 03 noyabr 2022-ci il tarixdən 03 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab olunub.


İttihama görə, X.Məmmədov bankların birinin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində çalışıb. O, çalışdığı müddətdə səhlənkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə X.Məmmədov 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib, zərərçəkmiş şəxs və mülki iddiaçı olan bankın nümayəndəsinin apellyasiya şikayətini təmin edib. Məhkəmə onun CM-in 308.2-ci maddəsi ilə məhkum olunduğu əməlin eyni Məcəllənin 308.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə 2 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, mülki iddianın təmin edilməsi, 75 000 manat maddi ziyan və ödənilmiş 315,47 manat dövlət rüsumu məhkumdan bankın xeyrinə tutulmasını qərara alıb.
Kamal Məmmədov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Fevral 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see176

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri