Icma.az
close
up
RU
Qismət Alıyev: Bunu Fernando Santuş daha yaxşı bilər

Qismət Alıyev: Bunu Fernando Santuş daha yaxşı bilər

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zirə"nin kapitanı Qismət Alıyev Apasport.az saytına müsahibə verib.

 - "Zirə" mövsümü 2-ci pillədə başa vurdu və komanda tarixində ilk dəfə 74 xal topladı. Mövsümü "Zirə" üçün necə dəyərləndirərdin?
- Mövsümün əvvəlləri bizim üçün çox da yaxşı başladı. Komanda həm Konfrans Liqasında inamlı çıxış edirdi, həm də çempionatda. Birinci dövrənin ortalarında və bir də sonlarında zədə problemləri yaşandı. 6-7 oyun qələbə qazana bilmədik. "Araz-Naxçıvan"la aramızda 13 xallıq fərq var idi. Ancaq biz komanda şəklində bir gün olsun belə, inamımızı itirməmişdik. İkinci dövrəyə çox inamlı başladıq. Uzun müddət qələbə seriyamız oldu və sonda da öz istəyimizə çatdıq. 

- Öz performansından necə, razı qaldın? 
- Öz performansıma gəlsək, razı qaldığım məqamlar da oldu, qalmadığım da. Çempionatın əvvəlləri hər şey öz qaydasındaydı. Milli komandadan qayıtdıqdan sonra "Sabah"la görüşdə ağır zədə aldım. Həmin zədə uzun müddət çəkdi. İkinci dövrə demək olar ki, ağrılarım azaldı. İndi isə hər şey qaydasındadır. 

- Qəribə məqamlardan biri odur ki, "Zirə"də kapitansan və mövsümü də yaxşı durumda keçirdin, amma milli komandaya dəvət edilmədin. Fernandu Santuşun səni milliyə dəvət etməməsinin səbəbi nədir? Hansısa ehtimalın var?
- Hər bir azərbaycanlı kimi milli komandanın formasını geyinmək qürurvericidir. Milli komandaya dəvət almamağıma gəldikdə, baş məşqçi daha dəqiq bilər. Oyunları özləri izləyirlər. Yəqin ki, dəvət edilən futbolçular bizdən daha yaxşı formadadırlar. Milli komandamıza qarşıdan gələn oyunlarda uğurlar arzu edirəm. Millimizə ancaq qələbə yaraşır. 

"Zirə" 2-ci pilləni tutsa da, ölkə kubokundakı nəticəyə görə Avropa Liqasına yox, Konfrans Liqasına yollanacaqsınız. Ümumiyyətlə, "Sabah"ın "Qarabağ"ı kubokun finalında məğlub edəcəyini ehtimal edirdin?
Hər bir komanda istəyər ki, daha böyük liqada iştirak etsin. Avropa Liqasında oynamaq şansımız var idi, amma olmadı. Final bir görüşdən ibarətdir. Həmin gün kim daha dəqiq olursa, o da qazanır. Artıq bunları unutmuşuq. Bizi qarşıda Konfrans Liqasının oyunları gözləyir. Yaxşı hazırlaşıb, həmin matçlarda daha yaxşı formada olmalıyıq. 

- Yəqin ki, bu nəticə əla keçirdiyiniz mövsümdən sonra üzgünlük yaratdı? Hər halda, komanda Konfrans Liqasında mübarizə aparacaq və artıq bir məğlubiyyət lüksunuz olmayacaq. Bu barədə fikrin necədir?
- Bu mövsüm Avropa Liqasında başlasaq da, "Şerif" məğlubiyyətindən sonra Konfrans Liqasına düşdük. Orada da inamlə çıxış etdik, pley-off mərhələsinə qədər irəlilədik. Yeni mövsümdə belə şansımız olmayacaq. İlk növbədə, yaxşı toplanışdan sonra həmin matça optimal formada çıxmalıyıq. 

- "Zirə"nin artıq 44 potensial rəqibi bəllidir. Doğrudur, bu qədər rəqib arasında seçim etmək, hamısı haqda fikir bildirmək çətindir. Amma gözücü baxanda, hansı rəqiblə qarşılaşmamağı daha çox istəyərdin?
- Rəqiblərə baxdıqda, görünən odur ki, hansısa rahat komanda yoxdur. Hər biri öz çempionatlarında inamlı çıxış ediblər ki, bu turnirdədirlər. İndiki fikrimiz ancaq özümüzə yönəlib. Püşk atıldıqdan sonra rəqibimizi daha yaxından tanıyacağıq. 

- Yeni mövsüm səni "Zirə"də görəcəyik, yoxsa başqa təkliflərin var və onları dəyərləndirəcəksən?
- "Zirə" ilə müqaviləm davam edir. Bu komandada özümü xoşbəxt hiss edirəm. Bu klubla böyük uğurlar qazanmaq istəyirəm.

"Qarabağ" və "Sabah" azarkeşlərinə görə ziyana düşüb "Araz-Naxçıvan" 2 futbolçusu ilə müqavilə yeniləyib Azərbaycan Kubokunun final oyununa təyinatlar bəlli olub UEFA A kursu keçirilib - FOTO "Turan Tovuz"un kapitanı: "Öz məsələmizi özümüz həll etməliydik”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://apasport.az
archiveBu xəbər 03 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri