Icma.az
close
up
RU
Məhkəmə ahıl kişini öldürərək basdıran ustanın cəzasını azaltdı

Məhkəmə ahıl kişini öldürərək basdıran ustanın cəzasını azaltdı

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində 82 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Samir Abbasovun barəsindəki qərardan verlən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilməyib, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən “zərərçəkmiş şəxs təvəllüdü 1941-ci il olduğundan 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal” kimi nəzərə alınmasına dair müddəalar xaric edilib. Samir Abbasovun cəzası 16 ildən 15 il 9 aya endirilib.

İttihama görə, taxta ustası olan S.Abbasov Nadir Rzayevin tikdirdiyi fərdi yaşayış evində mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və işə başlayıb.

Lakin tərəflər arasında ödənişlə bağlı bir neçə dəfə mübahisə yaranıb. Ötən il avqustun 17-də usta ilə ev sahibi arasında yenidən narazılıq baş verib. S.Abbasov 81 yaşlı ev sahibinin başından taxta parçası ilə zərbə endirib. Ev sahibi müvazinətini itirərək yerə yıxılıb. Usta ahıl kişini köməksiz vəziyyətdə qoyaraq qapını kilidləyib və hadisə yerindən uzaqlaşıb.

Ertəsi gün onun  ölüb-ölmədihyini müəyyənləşdirmək üçün yenidən həmin ünvana gəlib. O, ev sahibinin öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sürüyərək çölə çıxarıb, həyətdəki yardımçı tikilidə basdırıb.

Mərhum N.Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.

Törətdiyi cinayət əməlinə görə, S.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Fevral 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112

Beşiktaş və Fənərbaxça braziliyalı futbolçu üçün mübarizə aparır

31 May 2025 11:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri