Icma.az
close
up
RU
“Şərq qapısı” tənqid və ədəbiyyatşünaslığın nəzərində Azərbaycan Milli Mətbuatı 150

“Şərq qapısı” tənqid və ədəbiyyatşünaslığın nəzərində Azərbaycan Milli Mətbuatı 150

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Surə SEYİD
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr tarixi XX əsrin əvvəllərinə təsadüf edən, müxtəlif illərdə “Cavanlar həyatı”, “Füqəra səsi”, “Sovet Naxçıvanı” adı ilə nəşrini davam etdirən, iki əsrin güzgüsü sayılan “Şərq qapısı” qəzeti Naxçıvanın ictimai-siyasi həyatında özünəməxsus yer tutmaqdadır. Naxçıvanda maarifin, mədəniyyətin inkişafında, cəmiyyət həyatının müxtəlif sahələrinin işıqlandırılmasında, eləcə də insanlarda dünyagörüşü və düşüncə tərzinin formalaşmasında “Şərq qapısı”nın təsir gücü və fəaliyyəti danılmazdır.

“Şərq qapısı” qəzetinin ədəbi mühitlə, tarix və mədəniyyətlə, yaradıcı ziyalılıqla bağlılığı bir çox elmi məqalələrin mövzusuna çevrilib. Qocaman alim, filologiya elmləri namizədi, dosent Lətif Hüseynzadə “Şərq qapısı”nın ədəbi fikrin inkişafındakı rolunu belə qiymətləndirib: “Şərq qapısı” Azərbaycan... ədəbiyyatının inkişafı tarixində özünəməxsus bir ədəbi məktəb rolunu oynamışdır. O, Naxçıvanda gənc yazıçı və şairlərin ilk ədəbi ocağı olmuşdur. Naxçıvan yazıçıları öz qələm təcrübələrini burada sınaqdan keçirmişlər. Qəzetdə verilən “Ədəbiyyat səhifəsi” gənc yazıçılar üçün ən gözəl sınaq meydanı olmuşdur. Burada... şeirlər, hekayə və oçerklərlə yanaşı, satirik yazılar da verilirdi. Yazıçı Əyyub Şəkilinin “Mübarizə” adlı ilk şeirlər kitabı və Ə.Lahutinin şeir kitabçası “Şərq qapısı” qəzeti mətbəəsində buraxılmışdır”.

Akademik Məmmədcəfər Cəfərov qəzetin Azərbaycan ədəbiyyat tarixindəki yerini müəyyənləşdirərkən yazır: “Azərbaycanda elmin, ədəbiyyatın və incəsənətin bütün sahələrindəki müvəffəqiyyətlərdə naxçıvanlı ziyalıların çox əməyi vardır. Mətbuat sahəsində də belədir. Mətbuatımızın görkəmli səhifələrini təşkil edən “Şərqi-rus” və böyük “Molla Nəsrəddin”in yaradıcıları bu torpaqda kamala çatmışlar. Naxçıvan nəsrimizə, dramaturgiyamıza və şeirimizə ölməz incilər bəxş etmişdir. “Şərq qapısı”nın müəllifləri də qüdrətli qələm sahibləri olan sələflərimizin irsini sədaqətlə qoruyaraq yeni dövrün salnaməsini yazırlar. Qəzet elm, mədəniyyət və ədəbiyyatın inkişafında da çox iş görür”.

Akademik İsa Həbibbəyli bu fikri davam etdirərək qəzetin ədəbi qüvvələrin inkişafındakı rolunu xüsusi vurğulayır: “Bu gün Naxçıvan Yazıçılar Birliyinin üzvləri olan yazıçı, şair və publisistlərin hamısı “Şərq qapısı” məktəbinin yetirmələridirlər. Ötən səksən beş il ərzində bu diyarda yetişib formalaşmış ədəbi nəsillər “Şərq qapısı” məktəbində mükəmməl yaradıcılıq dərsləri keçmişlər”.

Buradan aydın olur ki, Naxçıvanda yeni dövr ədəbi mühitin inkişaf meyllərini, mövzu dairəsini əsasən “Şərq qapısı” müəyyən edib. Bədii yaradıcılığa öz səhifələrində geniş yer ayıran qəzet totalitar rejimin çətin dövrlərinə, ağır repressiya illərinə baxmayaraq, mədəni inkişafa təkan verib.

Xalq yazıçısı Hüseyn İbrahimov qəzetin ədəbi inkişafdakı rolunu belə təqdim edir: “Şərq qapısı” vaxtaşırı yazıçı və şairlərimizin hekayə və şeirlərini dərc edir, mütəşəkkil ədəbi səhifələr verir, ən yaxşı hekayələr, poemalar, şeirlər üçün müsabiqələr keçirir, bəyənilənləri öz səhifələrində dərc edir, müəllifləri mükafatlandırır, onları yeni yaradıcılıq uğurları qazanmağa ruhlandırır. Keçirilən müsabiqələr yaradıcılıqla məşğul olan insanların mənəvi cəhətdən ruhlandırmaqla yanaşı, onlara sağlam rəqabət əsasında öz fəaliyyətlərini qurmağa, inkişafa səsləyən tədbirlərdəndir”.

Yazıçı-jurnalist, Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi Qulam Məmmədli “Şərq qapısı”nın 60 illik yubiley nömrəsindəki məqaləsində yazır: “Molla Nəsrəddin” jurnalının və Azərbaycan teatrının salnaməsini tərtib edərkən “Şərq qapısı” qəzetinin nömrələrini də diqqətlə nəzərdən keçirmişəm. Həm də bu qəzetdə mənim bir sıra yazılarım çap olunmuşdur. Qəzet iqtisadiyyatla bərabər, ədəbi və elmi prosesi, mədəni yüksəlişi, bədii yaradıcılığı ardıcıl və çox səmərəli işıqlandırmışdır”.

Ötən bir əsrə yaxın müddətdə Naxçıvan ədəbi mühitinin aparıcı istiqamətləri və yaradıcılıq meyarları klassik və novator ənənələrin sintezinə bağlılığını itirməmiş, əsrlərlə davam edən ənənələrini qoruyaraq saxlayıb, mətbuat isə bu ənənələrin ötürülməsində vasitəçilik missiyasını şərəflə yerinə yetirib. Əsrin əvvəllərindən başlanan bu missiyanın hərəkətverici qüvvəsi isə ədəbiyyatşünas və tənqidçi alimlər olun. Belə tənqidçi alimlərdən biri də Əziz Şərif idi. Filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi olan həmyerlimiz “Doğma yurdun salnaməsi” məqaləsində yazır: “1921-ci ilin payız səhərində “Cavanlar həyatı”, bir az sonra “Füqəra səsi” və “Şərq qapısı” adı ilə buraxılan qəzet doğma diyarımızın yüksəliş salnaməsidir... Vilayət qəzetimiz Şərqin qapısında öz əməyi və yaradıcılığı ilə qədim Naxçıvana cavanlıq verən qadir insanların xitabət kürsüsü, qazanılan qələbələrin işıqlı güzgüsüdür.

İnanıram ki,.. bundan sonra da böyük mühərrirlərimiz Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Eynəlibəy Sultanov, Məmmədəli Sidqi kimi qələm sahiblərinin ölməz irsinin ləyaqətli davamçıları olmağa çalışacaq, Naxçıvan torpağının salnaməsini daha böyük ilhamla yazacaqlar”.

Ədəbiyyatşünas alimlər qəzetin nəinki ictimai fikir tarixindəki roluna qiymət vermiş, eləcə də regionda elmin, jurnalistikanın, ziyalılığın, gənc qələmlərin yetişməsinə və formalaşmasına təsirindən bəhs etmişlər.

Akademik İsa Həbibbəyli qəzetin elmi dünyagörüşün inkişafındakı xidmətlərini xüsusi qeyd edir: “Artıq “Şərq qapısı”nın ətrafında elmi məktəb də formalaşmaqdadır. Azərbaycanşünaslıq təliminin üzvi tərkib hissəsi olan naxçıvanşünaslığın şah əsərləri “Şərq qapısı”ndan elmi mühitə ayaq açır”.

“Şərq qapısı” qəzetində ayrıca elm səhifəsinin verilməsi, Azərbaycan MEA-nın Naxçıvan bölməsi əməkdaşlarının mütəmadi elmi məqalələrlə çıxış etməsi qəzetin elmi dəyərini və sanbalını artırmaqla bərabər, ictimai-siyasi çərçivəni aşmaqla daha böyük imkanlara malik olduğunu bir daha təsdiqləyir. Akademik İsa Həbibbəyli qəzetin elmi məktəb funksiyasını belə dəyərləndirir: “Son vaxtlar “Şərq qapısı”nda elm də geniş şəkildə təmsil olunur. Tənqid və ədəbiyyatşünaslıqla yanaşı, tarix, arxeologiya, etnoqrafiya, folklorşünaslıq, dilçilik, hətta təbiət elmlərinin axtarışları və nailiyyətləri “Şərq qapısı” qəzeti vasitəsilə elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına çatdırılır. “Şərq qapısı” qəzetində elmyönlü “Nəqşicahan” və “Gəmiqaya” əlavələrinin ardıcıl olaraq “qəzet içində qəzet” kimi nəşr edilməsi və maraqla qarşılanması bu qəzetdə elmin geniş yer tutduğuna şahidlik edir. Tədricən, paralel olaraq “Şərq qapısı” elmi məktəbi də formalaşır”.

“Şərq qapısı” elmi məktəbinin “şagirdləri” və “məzunları” qəzetdə elmin bir çox sahələrinin inkişafı üçün, o cümlədən ədəbiyyatın və ədəbi mühitin tədqiqi və təbliği istiqamətində ardıcıl araşdırmalar aparmış və elmi mülahizələrini qəzetdə dərc etdirmişlər. İstər XX əsrin 20-30-cu illərində, istərsə İkinci Dünya müharibəsindən müasir dövrümüzədək Naxçıvan ədəbi mühitinin əsas istiqamətlərini, demək olar ki, “Şərq qapısı” qəzeti müəyyənləşdirib. “Necə yazmalı və nədən yazmalı” məsələsi bu elmi fikirlərin əsasını təşkil edib.

Xalq şairi İslam Səfərli qəzetin 50 illik yubileyi ərəfəsində “Şərq qapısı”nın onun bir şair kimi yetişməsindəki rolunu belə dəyərləndirir: “Şərq qapısı” qəzetinə mən çox minnətdaram. O, mənim ilk şeir beşiyim, ilk qaranquş yuvamdır. Mən bu qəzetin səhifələrindən addımlayıb döyüş cəbhələrinə getmişəm. Ürəyimin Vətən haqqında pərvazlanan poetik pıçıltıları onunla qidalanmışdır”.

Xalq yazıçısı Əli Vəliyev “Yüksəlişə səsləyən qəzet” məqaləsində xatirələrini təqdim edərkən yazır: “Yarım əsrdən artıq bir müddətdə müntəzəm olaraq izlədiyim “Şərq qapısı”nın ilk nömrələri yaxşı xatirimdədir. O zaman qəzet yeni quruculuğun əleyhdarlarına qarşı amansız mübarizə aparır, köhnəlikdən dörd əlli yapışanları qamçılayır, sosializmi və tərəqqini təbliğ edirdi. Mənim redaktor olduğum 30-cu illərdə qəzetin səhifələrində Mirzə İbrahimov, Abbas Gülməmmədov, Qurban Yusifzadə, Əyyub Abbasov, Məmmədəli Tarverdiyev, Lətif Hüseynzadə kimi qabaqcıl ziyalılar yeni həyatı təqdir və tərənnüm edən, nöqsanları cəsarətlə açıb göstərən yazılarla müntəzəm olaraq çıxış edirdilər. Gəncliyimlə, ilk yaradıcılıq illərimlə bağlı olan bizim qəzetin həmişə nurlu olmasını istəyirəm”.

Akademik İsa Həbibbəyli “Şərq qapısı” məktəbi” məqaləsində bu fikri belə təsdiqləyir: “Muxtar respublikada bir neçə nəsil üçün “Şərq qapısı” qəzeti ədəbi məktəb funksiyasını yerinə yetirmişdir. “Şərq qapısı” indi də gənc qələmlər üçün məktəb səviyyəsində ədəbiyyat dərsləri keçməkdə davam edir”.

“Şərq qapısı” səhifələrində müxtəlif zamanlarda Azərbaycanın tanınmış elm adamlarının ədəbi mühitlə bağlı tövsiyə və fikirləri öz əksini tapıb. Bu, daha çox Mirzə İbrahimov və Əli Vəliyev kimi nəhəng ədəbi simaların Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrə təsadüf etsə də, sonrakı illərdə bu ənənənin davam etdiyi və genişləndiyinin şahidi oluruq. Xalq yazıçısı Mirzə İbrahimov “Şərq qapısı”nın 60 illiyinə həsr olunmuş xüsusi nömrədəki təbrik məktubunda yazır: “1933-cü ildə Naxçıvanda MTS siyasi şöbəsinin “Sürət” qəzetində redaktor olduğum vaxtdan “Şərq qapısı” ilə doğmalaşmışam. Mənim ilk şeirlərim, oçerk və məqalələrim onun səhifələrində oxucularla görüşdü. İllər keçdikcə Naxçıvanla bərabər, onun qəzeti də yüksəlmiş, daha vüsətli olmuşdur”.

Bu və digər elm adamlarının ayrı-ayrı yazıçı və şairlər barədəki məqalələri, qəzet barəsindəki fikirləri də Naxçıvan ədəbi mühiti haqqında ümumiləşmiş elmi nəticələr çıxarmağa əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri