Icma.az
close
up
RU
Məhkəmə Fransada yaşayan Məhəmməd Mirzəli barədə qərar verdi

Məhkəmə Fransada yaşayan Məhəmməd Mirzəli barədə qərar verdi

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan və Fransada yaşayan Məhəmməd Fazil oğlu Mirzəlinin barəsində olan cinayət işi üzrə qiyabi məhkəmə prosesi keçirilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Göyçay Rayon Məhkəməsində hakim Gülnaz Qurbanovanın sədrlik etdiyi prosesdə qərar elan edilib.

Qeyd edək ki, bundan əvvəl M. Mirzəlinin barəsində cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb və təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.

Bu məhkəmə prosesində Cinayət Prosessual Məcəlləsinin 74.4-cü maddəsinə əsasən, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aid hesab olunur.

Buna görə də M. Mirzəlinin barəsində olan Cinayət Məcəlləsinin 220.2 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün yenidən Binəqədi Rayon Məhkəməsinə qaytarılıb.

Məhkəmə aidiyyətinə dair mübahisə olmadığından qarşılıqlı razılaşma əsasında bu qərar verilib.

Qeyd edək ki, M. Mirzəli ümumvətəndaş pasportundan istifadə etməklə 17 fevral 2016-cı ildə, saat 05:06-da “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycanı tərk edib.

Daha sonra müvəqqəti məskunlaşdığı Fransa Respublikası və digər xarici dövlətlərin ərazisində internet sosial şəbəkəsinin kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “Youtube” internet kanalında “Mahammad Mirzali” adlı profilində 2018-ci ilin fevral ayının 6, 12, mart ayının 17, 20, 21, may ayının 24 və 25-i tarixlərində Azərbaycan dilində yerləşdirdiyi videolarda dövlət əleyinə çağırışlar səsləndirib.

Daha sonra o, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib.

Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu Məhəmməd Fazil oğlu Mirzəlinin barəsində qiyabi icraat üzrə istintaq başlayıb.

Ona Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.

Lakin o, istintaqın qanuni çağırışlarına gəlməyib və buna görə qiyabi icraat üzrə araşdırma davam edirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri