Icma.az
close
up
RU
Məhkəmə hakimiyyəti, Vəkillər Kollegiyası İNSAN HÜQUQUNA, Konstitusiyaya qarşı

Məhkəmə hakimiyyəti, Vəkillər Kollegiyası İNSAN HÜQUQUNA, Konstitusiyaya qarşı

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

VK, məhkəmə 1-ci dərəcəli Qarabağ əlilinə hüquqi yardımdan imtina edir

MƏHKƏMƏ QƏRARLARININ İCRASINA “İNZİBATİ” VƏKİL YARDIMI QADAĞASI

İnzibati məhkəmə icraatının əsas prinsiplərindən başlıcası məhkəmənin  yardım  etmək vəzifəsidir. Bu vəzifə o qədər önəmlidir ki, Ali Məhkəmə Plenumu hüquqi yardım göstərilmədən iddianın mümkün sayılmamasının yolverilməzliyini məhkəmə təcrübəsinin vahidliyi kimi formalaşdırıb. Nə yazıq inzibati məhkəmələr nəinki Ali Məhkəmə Plenumun formalaşdırdığı təcrübəyə, prosessual qanunvericiliyin tələbinə əməl edib xidməti vəzifəsini icra edir, hətta dövlət hesabına , hətta kassasiya instansiyasında vəkillə təminatdan imtina etməklə bütövlükdə əsas insan hüquq və azadlıqlarından olan  məhkəmə təminatı hüququna qadağa qoyur.

Bəs hüquqi yardım göstərilməsində inhisarçı ( yalnız VK üzvü olan vəkilin orderi tanınır) mövqe tutan Vəkillər Kollegiyası? Nə yazıq, VK da başlıca funksiyasından, vəzifəsindən- hüquqi yardım göstərilməsindən qərəzlə imtina edir. Qərəz o həddədir ki, 1-ci dərəcəli Qarabağ əlili qaziyə həm dövlət hesabına, həm də qazinin öz hesabına vəkillə təminatdan imtina edilir. (?) Qərəzin kökündə isə VKRH-nın dövlət orqanlarında, istintaq, ittiham orqanında işləyən (?-vəkil dövlət orqanında işləyə, dövlət büdcəsindən maliyyələşə  bilməz!-M. B.) VƏZİFƏLİ ŞƏXSLƏRİNİN məhkəməyə qeyri-prosessual sifarişi dayanır. VK İNTİZAM KOMİSSİYASININ ÜZVÜ ƏLİRZA HƏBİLOV , APARAT RƏHBƏRİ ORXAN BABAYEV DAXİLİ İŞLƏR NAZİRLİYİNİN VƏKİLİ VƏ NÜMAYƏNDƏSİ STATUSUNDA HÜQUQVERİCİ SƏNƏD OLMADAN “DİN-İN HÜQUQLARINI”, 39 SAYLI VƏKİL BÜROSU ƏƏSMN-İN MƏHKƏMƏ FİLİALI KİMİ “ƏƏSMN-İN “HÜQUQLARINI” QORUYUR!(?) Bakı İnzibati Məhkəməsinin , eləcə də ümumi məhkəmələrin hüquqi yardımdan imtinasına dözmək olur, Bakı Apellyasiya Məhkəməsinin vəkillə  təminatdan imtinası isə kassasiya hüququna, məhkəmə müdafiəsi hüququna qadağa olduğundan dözülməzdir. Faktların hamısını sadalasaq, bir qəzetin səhifələrinə sığmaz. Son günlərin məhkəmə, vəkil özbaşınalığını diqqətə çatdıraq.

Bakı İnzibati Məhkəməsi varisi olduğu 1BİİM-in 20162017 tarixli 2 qərarının icrasını xidməti vəzifəsinə görə nəinki özü təmin edir, əksinə 10-cu ildir icraya qadağa qoyub, heç icraya belə yönəltmir. Özbaşınalığa baxın, qərarı çıxarmış məhkəmə, hakim özünün qərarının icrasına qadağa qoyub!(?) Tələbkarın elektron kabinetdən verdiyi ərizələrin qəbulundan da imtina edilir; ən yaxşı halda məhkəməyə “təşrif buyurub” (?) dəftərxanaya təqdim etmək tələb olunur. (?). Bir anlığa göz önünə gətirin, hansısa ucqar kənd komasında yatağında günlərini sayan tələbkar Qarabağ qazisindən Bakı İnzibati Məhkəməsinə gəlib məhkəməyə əlbəəl ərizə vermək tələb olunur və ... ərizəni alandan sonra da illərlə “taleyindən” soraq olmur!

Bakı İnzibati Məhkəməsinin (Şərafət Məmmədova ( özbaşınalığı “yüksək” qiymətləndirilib, 7 ildir Bakı Apellyasiya Məhkəməsinə “yüksəlib”), Aygün Abdullayeva, Aygün Əhədova, Günel Sevdimalıyeva (2 aydır apellyasiyaya “yüksəlib”) məhkəmə qərarının icrasına borclunun rüşvəti ilə qadağa qoymasını  Bakı Apellyasiya Məhkəməsi (Elvin Əliyev, Cahangir Yusifov, Aytən Oruczadə, Günel Abbasova “dördlüyü”;  Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov ; Xəyalə Cəmilova (özbaşınalığı “ali” səviyyədə qiymətləndirilib, Ali Məhkəməyə “yüksəlib), Orxan İsmayılov,  Rəşid Səmədov “altılığı”  qüvvədə saxlayır, Nigar Nəbizadə, Kamran Əkbərov, Mirzə Tağızadə “üçlüyü” isə apellyasiya şikayətini belə mümkün saymır. (?) Xəyalə Cəmilovanın sədriolduğuheyətdənözgə digərləri kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina edib. VKRH Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qazıyeva isə dövlət hesabına vəkillə təminatdan imtina edib ki, məhkəmənin səlahiyyətindədir. Nə Konstitusiyanın 61-ci maddəsinin, nə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20.1-ci maddəsinin, nə MPM-in 14.5-ci, 67-1-ci maddəsinin , nə də Milli Məclisin (sektor müdiri Nazir Bayramovun) qanunvericiliyi izah edən tövsiyəsinə baxılıb. Hətta VK Ağsaqqallar Şurasının sədrinin qazilərə pulsuz yardım edilməsi barədə bildirməsi də yardıma çatmayıb, VKRH rəhbərliyi (Aydın Axundov) “dedığım dedikdir” deyib. 1-ci dərəcəli Qarabağ əlilinin öz hesabına vəkillə təminatına VK sədri Anar Bağırova  ərizəsinə (müraciət mediada yayımlanıb- M. B.) də cavab verilməyib. Beləliklə, 1-ci dərəcəli Qarabağ əlili məhkəmə qərarının icrasının təmin edilməsi, hüquqi yardım, məhkəmə təminatı hüququndan da məhrum edilib.

Nəsimi rayon məhkəməsi (h. Gülşən Fərəcova) Qarabağ əlilinin 03 dekabr Beynəlxalq Əlillər Günündə cavabdeh VKRH-nın hüquqi yardımdan imtinasından dəyən ziyanın ödənilməsi haqqında  iddiasının icraata qəbulundan 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günündə  imtina edib . “Əsas” kimi “iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması” göstərilib. Bəyəm VK inzibati orqandır, qeyri-dövlət təşkilatı deyil?

Əcəb əlil, insan hüququdur, inzibati məhkəmə əlil tələbkarın ərizələrini belə qəbul etmir, mülki məhkəmələr icraatdan imtina edir ki, inzibati məhkəmə baxmalıdır. Ombudsman, Ədliyyə Nazirliyi, prokurorluq, Məhkəmə Hüquq Şurası isə ya susur, ya da dinəndə məhkəmələrin, vəkillərin özbaşınalığını müdafiə edir. Belə hüquq və azadlıq qorunar?

10 DEKABR BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜNÜZ QUTLU OLSUN! TANRI HEÇ KƏSİ MƏHKƏMƏYƏ, HAKİMƏ, VƏKİLƏ, HÜQUQİ YARDIMA MÖHTAC ETMƏSİN!

Məğrur BƏDƏLSOY

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri