Icma.az
close
up
RU
Məhkəmə həmkəndlisini əsgər yığıncağı üçün qurulmuş mağarda bıçaqlayan şəxslə bağlı qərar verdi

Məhkəmə həmkəndlisini əsgər yığıncağı üçün qurulmuş mağarda bıçaqlayan şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə Tərtərdə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıqda təqsirləndirilən Süleyman Camalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.      

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib və onun cəzasını 7 ilə endirib.
 

Qeyd: Hadisə 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Süleyman Camalov qohumuna məxsus fərdi yaşayış evinin həyətində əsgər yığıncağının keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağarda olarkən münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib. 
 

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən Süleyman Camalov saxlanılıb. Ondan qanunsuz saxladığı “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
 

Süleyman Camalovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

seeBaxış sayı:30
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri