Məhkəmə küçədə maşın saxlamaq üstündə qonşusunu döyən şəxslə bağlı qərar çıxardı
Icma.az, Pravd.az-ə istinadən məlumat verir Məhkəmə küçədə maşın saxlamaq üstündə qonşusunu döyən şəxslə bağlı qərar çıxardı.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahir Quluzadənin (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
İttihama görə, hadisə 05 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində Nəsimi rtayonu ərazisində qeydə alınıb.
Belə ki, Mahir Quluzadə qonşusu, zərərçəkmiş Əkrəm Göyüşovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş şəxsin idarə etdiyi avtomobili onun həyətinin giriş hissəsində saxlaması olub. Bu zaman o, yumruq zərbəsi ilə qəsdən qonşusunun ağız nahiyəsindən vuraraq onun sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsində nəzərdə tutulmuş əməlini törədilməsində təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Mahir Quluzadəyə cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv olunub.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)