Icma.az
close
up
RU
Məhkəmə yolda maşınına yol verməyən qonşusunu döyən şəxslə bağlı qərar çıxardı

Məhkəmə yolda maşınına yol verməyən qonşusunu döyən şəxslə bağlı qərar çıxardı

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən S.Nuriyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 28 iyul 2022-ci ü tarixdə, saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yoldada qeydə alınıb.


Belə ki, S.Nuriyev idarə etdiyi “Toyota Land Cruiser” minik markalı avtomobillə hərəkətdə olarkən qarşısında hərəkət edən qonşusu, zərərçəkmiş Ş.Lətıfovu idarə etdiyi "Ford Focus” minik markalı maşınla qeyri-normal tərzdə hərəkət etməsini görüb, ona yol verməsi üçün siqnal və işıq vasitəsi ilə işarə verib. Lakin zərərçəkmiş şəxs avtomobilini yolun ortasında saxlayıb. Bu zaman o, maşınını qonşunun avtomobilinin arxasında saxlayıb və Ş.Lətıfova yaxınlaşıb. Sonra təqsirləndirilən şəxs avtomobilinə yol verməməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sinəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq, onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrindən də yumruq və təpiklə bir neçə dəfə zərbələr endirib.


Hadisədən sonra S.Nuriyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti vermişdi. Şirvan Apellyasiya Məhkəməsi isə dövlət ittihamçısının protestini və zərərçəkmişin şikayətini təmin etməmişdi. Qərara əsasən, Kürdəmir Rayon Məhkəməsinin hökmü dəyişdirilib, Cinayət Məcəllənin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsə həmin maddə ilə cəza təyin edilməyib. Bundan başqa, Kürdəmir Rayon Məhkəməsinin hökmündən CM-in 66.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəa hökmdən xaric edilib.

Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Fevral 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see173

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri