Icma.az
close
up
RU
Məhkəmə Mais Bərxudarovla bağlı DTXda araşdırma aparılmasına qərar verdi İKİ GENERALA KORRUPSİYA İTTİHAMI

Məhkəmə Mais Bərxudarovla bağlı DTXda araşdırma aparılmasına qərar verdi İKİ GENERALA KORRUPSİYA İTTİHAMI

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri – Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov  generallar Mais Bərxudarov və Münasib Babayev də daxil, 20-yə yaxın şəxsin məhkəməyə çağrılıb dindirilməsini tələb edir.

Ancaq məhkəmə dindirmə tələbi ilə razılaşmasa da, B.Bayramovun ərizəsində o adamlarla bağlı yazılanların araşdırılması üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX-ya) göndərmək qərarı verib.

Gununsesi.info bildirir ki, polkovnik Bayramov daha üç nəfərlə – Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələri Maliyyə İdarəsinin sabiq rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadə ilə birlikdə mühakimə edilir.

Artıq dindirmələr və sənədlərin tədqiqi mərhələsi də bitib. Növbəti məhkəmə iclasında prokurorun təqsirləndirilən general və polkovniklərə cəza istəyəcəyi gözlənilir.

Bu dəfə dövlət ittihamçısı ötən məhkəmə iclasında B.Bayramovun təxminən bir ay öncə vəzifəsindən azad edilən korpus komandirləri M.Bərxudarov və M.Babayevin ünvanına səslənən korrupsiya ittihamları, eləcə də onların sürücüsü, aşpazı, mühasibi, yavəri və başqa vəzifələrdə çalışmış 15-ə yaxın şəxsin məhkəmədə dindirilməsi barədə vəsatətə münasibət bildirib.

Polkovnik Bayramov bu şəxslərin dindirilməsi haqda tələbini belə əsaslandırmışdı ki, M.Bərxudarov və M.Babayev hətta evlərinin, ailələrinin də xərclərini onlara ödətdirirdi. İndi isə həmin xərclər yeyinti kimi onların üzərində qalıb.

B.Bayramovun dediyinə görə, general Bərxudarov üçün hər ay Beyləqanda “Real” adlı ərzaq mağazasına və “Zirvə” adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları isə Bərxudarovun yavəri Ülfət Abbasquliyev, sürücüsü, ya da mühasibi götürüb aparırdı.

O,  M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayıb. Bu, 26 ay sürüb və toplam 78 min manat ödənib: “Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm”.

Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərindən ötrü də 6 min manat gedirdi. Alış-verişlə ya generalın sürücüsü Xəyal, ya da aşpazı məşğul olurdu: “Pulları mühasibə verirdim. Hələ mən ad günü, bayramlara görə verilənləri saymıram”.

Məhkəmə qərarında da vurğulayıb ki, polkovnik Bayramovun vəsatətində cinayət xarakterli məlumatlardan bəhs olunur. Bu səbəbdən onun ərizəsi araşdırılıb, hüquqi qiymət verilməsindən ötrü istintaq orqanına – DTX-nın İstintaq Baş İdarəsinə göndərilir.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri