Məhkəmə özünü tanımayan vətəndaşı HƏBS ETDİ
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda başqasının evinə girib qışqır bağır salan həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
47 yaşlı şəxs evlərdən birinin həyətinə daxil olaraq bu ev mənimdir deyib və nərildəyərək səs-küy salıb. Qorxuya düşən ev sahibi bu barədə polisə məlumat verib. Nəticədə həmin şəxs saxlanılaraq, 13-cü Polis Şöbəsinə aparılıb. Məlumata görə, saxlanılan şəxs burada da sakit dayanmayıb və polisin qanuni tələbinə məhəl qoymayıb.
Şöbədə onun barəsində tərtib olunan protokollar baxılması üçün məhkəməyə göndərilib. İşin maraqlı tərəflərindən biri də məhkəmədə yaşanıb. Belə ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə zalında özünü normal aparmayaraq çölə çıxıb və özünü də tanımadığını və deyərək ifadə verməkdən imtina edib.
Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətinə həbs edilib.
Baxış sayı:86
Bu xəbər 24 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















