Məhkəmə Premium Bank ın sabiq filial müdiri ilə bağlı qərar çıxardı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Apellyasiya Məhkəməsində "Premium Bank" ASC-nin 5 saylı filialının sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinadarı Samirə Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Nəzakət Məmmədxanova 7 il, Samirə Əliyeva 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Nəzakət Məmmədxanova məhkəmə zalında həbs olunub.
Qeyd: "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Məmmədxanova ötən ilin mayın 8-dən 23-ə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
İttihama görə, ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Samirə Əliyeva kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında onun hesabına yerləşdirib.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə "Premium Bank" zərərçəkmiş qismində tanınıb.
Kamal Məmmədov


