Icma.az
close
up
RU
Məhkəmə “Prius” sürücüsü ilə bağlı qərarı açıqladı

Məhkəmə “Prius” sürücüsü ilə bağlı qərarı açıqladı

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Polad Cahangirovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 15 dekabr 2023-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi “Kaspi” liseyinin qarşısında qeydə alınıb.

Belə ki, Polad Cahangirov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola doğru adi addımlarla keçən piyada, 1995-ci il təvəllüdlü Sadiq Rizvan oğlu Məmmədovu vurub. Yaralı Sabunçu Klinik Mərkəzinə çatdırılsa da, az sonra orada ölüb.

Hadisədən sonra Polad Cahangirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum isə apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, hökm dəyişdirilib. Polad Cahangirova cəzası 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 İyul 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see168

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see131

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see128

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see124

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see122

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see121

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see120

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see120

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see120

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see119

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see118

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see118

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see117

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see117

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see117

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see116

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see115

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see114

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see113

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri