Icma.az
close
up
RU
Bu şəkildə evlənənlər cərimə olunacaq AÇIQLAMA

Bu şəkildə evlənənlər cərimə olunacaq AÇIQLAMA

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır.

Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Maraqlıdır ki, ölkədə bu qanundan kənar evlənənlərin sayında artım ola bilərmi və bu, məsuliyyət yaradacaq? Qərar nikahdankənar uşaqların sayında artıma gətirib çıxaracaq? 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bu məsələlərin bir qədər də insanların öz zəkalarına və analiz qabiliyyətlərinə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, əgər bir insan, qohum nikahlarının fəsadlarını bu qədər müzakirə olunmasına, izah edilməsinə, başa salınmasına baxmayaraq hələ də dərk etmirsə və bu zərərləri qəbul etmirsə, həmin insana nikahdankənar uşaq dünyaya gətirməyin təhlükələrini, fəsadlarını, eləcə də bunun ictimai, sosial və mənəvi baxımdan bizə uyğun olmadığını izah etmək də mümkün olmayacaq:

“Bir insan düşünmürsə ki, onun nikahı dövlət tərəfindən tanınmayacaq, yəni dövlətin gözündə bu birlik bir ailə sayılmır və buna baxmayaraq nikahsız şəkildə uşaq dünyaya gətirirsə, artıq bizim edə biləcəyimiz çox da bir şey qalmır. Çünki burada insanın özü başa düşməlidir: dövlət yalnız rəsmi nikah şəhadətnaməsi olduqda onu ailə kimi tanıyır. Buna baxmayaraq, kimsə gedib sadəcə vətəndaş nikahı ilə yaşayırsa, yaxud mollanın qarşısında dini nikah kəsdirib onunla kifayətlənirsə bu, normal deyil”.

Sosioloq bu cür hallarda nikahdankənar doğulan uşaqların sayı artmağa davam edərsə, bununla bağlı müəyyən mexanizmlərin tətbiqinin qaçılmaz olacağını qeyd edib. O bildirib ki, həmin uşaqların gələcəkdə bağçaya, məktəbə qəbul məsələsi, təhsil, sosial və mədəni həyatı ilə bağlı müxtəlif çətinliklər ortaya çıxacaq:

“Bütün bunlar onların qarşısında sanki dağ kimi maneələr yaradacaq. Heç bir valideyn öz övladına belə bir çətinlik yaşatmamalıdır. Heç kim övladına o utancı rəva bilməməlidir ki, onun atasının varlığı şübhə altına alınsın və ata uşaq doğulduqdan sonra gedib ərizə yazmaq məcburiyyətində qalsın ki, “mən bu uşağın atasıyam”. Bu, övladına ediləcək ən böyük haqsızlıqlardan biridir. Nikahdankənar uşaq dünyaya gətirmək və sonra uşağın atasının çıxıb bunu etiraf etməsi. Dünyada insan nəsli kəsilməyib, ailə qurmaq üçün yad insanlardan seçim imkanı kifayət qədər çoxdur”.

L.Mehralı əlavə edib ki, bütün bunlara baxmayaraq, insanların hələ də qohum nikahlarına üstünlük verməsinin səbəbini anlamır:

“Qohum nikahlarına bu qədər marağın olması doğrudan da düşündürücüdür. Ən çox da bu vəziyyət böyüklərin təkidi ilə baş verir. Əslində, gənclərin əksəriyyəti əvvəlcə qohum nikahı istəmir. Amma böyüklər təkid edir, sanki onların beyninə yeridirlər ki, “sən filankəsin oğluyla evlənəcəksən, o da bizim qızımızı alacaq”.

Məsələni hüquqi aspektdən şərh edən vəkil Babək Umudov 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edildiyini deyib.

Vəkil vurğulayıb ki, yəni bu gündən etibarən yuxarıda göstərilən subyektlər arasında rəsmi nikahın dövlət qeydiyyatına alınması qadağan edilir:

“Ancaq qanunvericilikdə bu subyektlər arasında faktiki nikaha görə məsuliyyət nəzərdə tutulmayıb. Səbəbi isə odur ki, dövlət faktiki nikahları tanımır və onların heç bir hüquqi qüvvəsi yoxdur”.

B.Umudov qanunu pozan şəxslərə kəsilən cəza tədbirlərindən də söz açıb: 

“Bununla belə yuxarıda qeyd edilən şəxslərin nikaha daxil olmasına məcbur etməyə görə, Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsinə görə, 2000 min manatdan 3000 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Fidan Hacızadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:510
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri