Icma.az
close
up
RU
Turizm sektorunda unikal imkanlar

Turizm sektorunda unikal imkanlar

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir". Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib.

Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Artıq ölkəmizdə yay mövsümünün açılışı elan olunub. Azərbaycanda yay turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar öz nəticəsini verir.

Rəsmi mənbələrə istinadən deyə bilərik ki, 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11,5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 faizə, turizm üzrə daxilolmaların 7,4 milyard manata çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5,8 faizə yüksələcəyi gözlənilir.

AZƏRBAYCANA 980 MİN XARİCİ VƏTƏNDAŞ GƏLİB

Ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payı 4,5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6,7 faiz olub. 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3,8 faiz artıb, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatıb. 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 44,4 faiz, onların birdəfəlik tutumu isə 62 faizə yaxın artıb. Cari ilin beş ayında Azərbaycana 980 min xarici vətəndaş gəlib ki, bu, ötən illə müqayisədə təxminən 1,5 faiz çoxdur.

Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlər tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir. Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.

Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏLƏRİNDƏ SAĞLAMLIQ TURİZMİNİN MÖVCUD POTENSİALI

Müasir dövrdə sağlamlıq turizmi turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biridir. Davamlı olaraq ünvanlı layihələr, turizm sahəsində reallaşan layihələr, görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, idman turizmi, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral və qeyri-mineral bulaqlar, barlı-bəhərli meyvə bağları, atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti və s. turizmin inkişafı üçün mühüm amillər sırasında yer alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində 30 il həsrətində olduğumuz torpaqları işğaldan azad etdi. Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs həmin ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək. Azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialı çox böyükdür. Vurğulayaq ki, Xocavənddə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə Qubadlı turizm və rekreasiya zonaları olacaq. Onu da vurğulayaq ki, Kəlbəcərin məşhur olan "İstisu"yu dünyada məşhurdur. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir.

Təkcə Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub. Şəhərdə turizmin inkişafına töhfə verən yeni hotellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə ötən ayın ilk 10 günündə şəhəri ziyarət edənlərin sayı 25 mini keçib. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb.

AZƏRBAYCAN PALÇIQ VULKANLARININ NADİR VƏ KLASSİK İNKİŞAF REGİONUDUR

Sağlamlıq turizmindəən söz açmışkən Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksini də qeyd etməliyik. Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində "Qılınc" palçıq vulkanını yaxından izləmək mümkündür. Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır.

Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.

MÜASİR DÜNYADA TURİSTLƏRİN SƏYAHƏT SEÇİMİ

Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see179

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see141

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see131

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see130

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see130

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see126

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see126

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see125

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see123

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see123

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see123

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see123

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see121

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see120

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see119

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see118

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see115

Məşhur aktyor saqqalını kəsdi: sosial mediada gündəm oldu FOTO

30 İyun 2025 18:42see115

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

30 İyun 2025 00:26see115

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri