Icma.az
close
up
RU
Rusiya bir vaxtlar İrəvanda ixtişaş törədə bilmədi, bizdə neynəyəcək? YUNUS OĞUZ

Rusiya bir vaxtlar İrəvanda ixtişaş törədə bilmədi, bizdə neynəyəcək? YUNUS OĞUZ

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

POLİTOLOQ: "Rusiyanın əlinin hər yerdən çıxdığı bir məqamda dünyanın ölkəmizə marağı artır"

"Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq aktı əslində Rusiyanın dövlət siyasətinin təzahürüdür. Zaman-zaman Rusiyada yaşayan soydaşlarımıza qarşı irqçilik münasibətləri dəfələrlə müşahidə olunub. Təyyarə qəzasından başlanmış deputatımızın bu ölkəyə buraxılmaması, Yekaterinburq, Voronej, Saratov şəhərlərində soydaşlarımıza qarşı kütləvi hücumlara qədər baş verən bütün proseslər eyni siyasətin tərkib hissəsidir".

Bunu "Olaylar"a açıqlamasında yazıçı-publisist, politoloq  Yunus Oğuz deyib. Bildirib ki, ehtimallara görə,  belə hadisələr  Moskvada da təkrar oluna bilər:

"Vaxtilə Moskvada azərbaycanlı iş adamı Telman İsmayılovun əlindən bazarı aldılar, yerində iri bir ticarət mərkəzi tikdilər. Rusiya yaxşı dərk edir ki, artıq  Azərbaycanın müstəqil xarici siyasəti relsə düşüb. Moskva isə bundan narahatdır. Çünki, hazırda  Moskva hər tərəfdən sıxılır. Demək olar ki, Rusiya  Afrikadan çıxarılıb, Liviya, Suriya əlindən alındı, Şərqə doğru sıxışdırılır ki, orada da bircə Şimali Koreya qalıb. Vyetnam kommunist ölkəsi olsa da belə Rusiya ilə əlaqələr qurmaqda maraqlı deyil. Ukrayna ilə müharibə davam edir ki, burada da itkiləri kifayət qədər çoxdur. Məlumata görə, müharibə başlayandan bu vaxta qədər Rusiya müharibəyə 14  trilyondan artıq pul xərcləyib. Hansı ki, bu vəsaiti xalqın rifahı üçün də xərcləmək olardı. Cənubi Qafqazda Gürcüstan əlindən çıxıb, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının son iclasına qatılmadı. Lavrov bu addıma görə Ermənistanı hədələdi ki, hakimiyyətin mövqeyi erməni xalqının maraqlarına ziyan vuracaq və eyham vurdu ki, kilsə ilə münaqişənin kökündə Rusiya dayanır. Qırğızıstan Türk Dövlətləri Təşkilatına daxil oldu, deməli, Orta Asiyada bir Tacikistan qalıb. İqtisadi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq Çinin marağında odur ki, Rusiya zəifləsin. Baxmayaraq ki, Çin Rusiyadan ucuz neft, qaz alır, amma öz siyasətini yürüdür. Arxayın olduğu İran idi ki, o da darmadağın oldu, Rusiya heç qarışa da bilmədi. Fakt odur ki, Azərbaycanın Rusiyadan asılı olmayan bir strateji müttəfiqliyi var ki, bu da Pakistan-Türkiyə-Azərbaycandan ibarətdir. Bəzi mənbələrin məlumatına görə, bu ittifaqa Özbəkistan da qoşulmaq istəyir. Odur ki, Rusiya "yaralanmış ayı"ya dönüb. Rusiya bunun nəticələrini daxilə buraxmaq istəmədiyindən xarici siyasətdə dava aparmağı üstün tutur. Rusiyanın xarici siyasətinin kökündə isə təhdid, təzyiq, şantaj, şovinizm durur. Düşünür ki, kimlərin əli ilə Bakını alsın. Ancaq düşünmür ki, artıq o vaxtlar çoxdan keçib. Azərbaycan qüdrətli dövlətə çevrilib, müstəqil xarici siyasət yürüdür. Artıq Pakistanın Baş naziri, Türkiyə  və  İran  prezidentləri yenidən Xankəndinə gəlirlər. Bu o deməkdir ki, artıq  Azərbaycanın xarici siyasəti müəyyənləşib. Bu siyasətdə  Avropa da, Avropa İttifaqı da var. Hətta Makron Ermənistana deyir ki, sülh müqaviləsini tezləşdirin. Rusiyanın əlinin hər yerdən çıxdığı bir məqamda dünyanın Azərbaycana   marağı artır. Belə halda Rusiya həzm edə bilmir ki, 200  il nəzarətində olan bir ərazidə müstəqil siyasət yürüdülsün.  Rusiya Liberal Demokrat Partiyasının  lideri  Vladimir Jirinovskinin bir sözü var idi ki, "gərək Ukrayna ilə müharibəni başlamazdıq. Çünki, türk gəlib Dərbəndə  girəcək". Əslində bir dəfə -1918-ci ildə Türk-İslam Ordusu Dərbəndə, Mahaçqalaya daxil  olmuşdu". 

Yunus Oğuz deyib ki, Rusiyada xalq acından ölür, Qoqolun "Müfəttiş" əsərində deyildiyi kimi məmurların hamısı rüşvətxor olub:

"Rüşvət o həddə çatıb ki, ölkədə hər şey dağıdılıb. Kriminal aləm vətəndaşların normal həyatını pozub. Belə halları aradan qaldırmaq əvəzinə, Rusiya bizdən küsür ki, niyə  Avropaya qaz satırsan? Hansı ki, biz olmasaq,  Amerika Avropaya maye qaz satacaq. Artıq Liviya ilə Türkiyə razılığa gəlib ki, Aralıq dənizində müştərək olaraq neft yataqlarının axtarışına başlansın. Bunun reallaşdırılması üçün müqavilə bağlanılan kimi azərbaycanlı mütəxəssislər cəlb olunacaq. Deməli, Türkiyə üçün Liviyada, İraqda, Suriyada yaşıl işıq yandırılıb. Yeni dünya nizamında geosiyasətlər tamamilə yenilənir, yeni qüvvələr ortalığa çıxır. Yeni qüvvələrin içərisində Türkiyə, Pakistan, Azərbaycan var, Rusiya isə yoxdur. Rusiya beynəlxalq qanunları tanımır. Ona görə də BMT-nin tanıdığı Ukrayna ərazilərini ələ keçirib". 

Y.Oğuz bildirib ki, Rusiyada azərbaycanlıların 70-80 faizi bizneslə məşğul olur:

"Rusiya buna imkan verməyəcəksə, gəlib bizneslərini Qarabağda quracaqlar, yaxud bizneslərini Türkiyəyə, Almaniyaya, Tanzaniyaya daşıyacaqlar. Nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin ikili pasportu var. Bununla soydaşlarımızı qorxurmaq uğursuz taktikadır. Rusiya iki il əvvəl Qarabağda yaşayan ermənilərə göstəriş verdi ki, gedib  İrəvanda ixtişaş yaradın, ancaq heç bir nəticəsi olmadı. Hansı ki, ermənilərin ən imkanlı adamları Qarabağda yaşayırdı, hamısının da bahalı xarici maşınları var idi. Qarabağda bir nəfər piyada gəzirdi, o da 200 baş qoyunla. O vaxt Rusiya İrəvanda çevriliş edə bilmədisə, deməli indi də heç nə edə bilməyəcək". 

Politoloq qeyd edib ki, Avropanın əlinə imkan düşüb ki, Rusiyanın azərbaycanlılara qarşı qanunsuz hərəkətinə münasibət bildirsin:

"Avropa İttifaqı artıq həyəcan təbili çaldı. Rusiya bilməlidir ki, gec-tez Orta Asiya da ondan üz döndərəcək. İran dərsini götürdü, İsraillə müharibədə Rusiyanın heç bir köməyi olmadı. Azərbaycan Rusiya vətəndaşlarının İrandan çıxmasına şərait yaratdı, yeməklə təmin etdi, üstündən bir gün keçməmiş soydaşlarımıza qarşı hücum təşkil edildi. Rusiyanın yaxşılığa qarşı adekvat cavabı bundan ibarətdir. Deyirlər Rusiyanın iki danışıq dili var-biri ordudur, o biri donanma. Mən isə buna üçüncüsünü-fəza, hibrid müharibələrini əlavə edərdim. Bu arada,  Britaniyanın xarici işlər naziri Lämminin   Türkiyəyə  səfərini  təsadüfü  hesab  etmək  olmaz. Rusiya bunu görür, ancaq əlindən bir şey gəlmir. Odur ki, balaca ölkələr üzərinə yerimək istəyir, lakin bu da alınmır".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri