Icma.az
close
up
RU
Məhkəmə pula görə dayısını bıçaqlayan şəxslə bağlı qərarı elan etdi

Məhkəmə pula görə dayısını bıçaqlayan şəxslə bağlı qərarı elan etdi

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmədə Lənkəranda dayısını bıçaqlamaqda təqsirləndirilən Ramin Təhməzovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə 7 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusda kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Ramin Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Ramin Təhməzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində  göstərib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayırdı. Zərərçəkmiş İltifat Rufiyev onun dayısıdır. Əvvəllər dayısı və onun övladarı ilə münasibətləri yaxşı olub. Ramin Təhməzovun sözlərinə görə, 1990-cı illərdə, uşaq yaşlarında olarkən, dayısı oğlu Anar onun fərdi sahibkarlıqla məşğul olmaq üçün atasından külli miqdarda pul borc olaraq alıb. Atası isə 1994-cü ildə yol qəzasında vəfat edib. Lakin dayısı oğlu atasının yas mərasiminə gəlməyib. Eyni zamanda atasından aldığı pulu da qaytarmaqdan imtina edib. Sonra isə Anar anasından borc qismində 5000 ABŞ dolları pul istəyib. Anası isə onlarla qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda xərcləyib. Anası dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmayıblar. Anası 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Həmin vaxtlar uşaq olduğuna görə anasına qarşı dayısı zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməyib. Anasının da ölümündən sonra o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi evinə köçüblər. Əmisi onları himayə edərək böyüdüb. Bakı şəhərində olan evləri əmisi tərəfindən satılaraq anasının sələləmə götürdüyü pul ödənilib. O qeyd edib ki, Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiyaya gedib. Bundan sonra dayısı İltifatla görüşməyə çalışıb. Lakin İltifat ondan yayınmağa davam edib. 07 fevral 2023-cü il tarixdə, saat 09:30 radələrində dayısı İltifatın kənddə həmkəndliləri Gülməmmədin “Mercedes” markalı avtomobilində oturduğunu görüb və kənarda durub onu izləyib. Dayısı saat 10:30 radələrində həmin avtomobildən düşüb və yaxınlıqdakı “OBA Market”ə daxil olub, bir qədər sonra isə oradan çıxaraq evi istiqamətdə getməyə başlayıb. Bu zaman Ramin ona yaxınlaşaraq çağırıb. Dayısına yaxınlaşaraq birlikdə gediblər. Ramin uşaq bağçasının yaxınlığına çatdıqda İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb edib və vəziyyətinin ağır olduğunu bildirib. Lakin İltifat özünün və oğlu Anarın ona borcu olmadığını söyləyib. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşib və özündə olan bıçaqla onu vuraraq qisas almaq qərarına gəlib. Lakin dediyinə görə, dayısını öldürmək məqsədi olmayıb. Saat 11 radələrində İltifat dönüb ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə onun üz nahiyəsinə bir zərbə vurub. İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılıb. Əynindəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxarıb dayısının başının arxa nahiyəsinə ardıcıl olaraq iki zərbə endirib. Lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməyib. Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir-neçə dəfə də vurub. Bundan sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqldaşıb, dərhal DİN-in “102” Xitmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat verib və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis işçilərinin gəlib onu aparmalarını gözləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Təhməzov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilib. Ramin Təhməzovun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və cəzası 3 il 6 aya endirilib, cəzasının ümumi rejimli müəssisədə çəkməsi müəyyən edilib. Bu qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əasən, şikayət təmin edilməyib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 İyun 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see133

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see130

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see125

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see125

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see123

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see123

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see119

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see118

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see118

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see117

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see117

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see116

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see115

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see115

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see113

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see113

Fikrət Sadığın anadan olmasının 95 ci ildönümü qeyd olundu Fotolar

11 İyun 2025 20:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri