Icma.az
close
up
RU
Bu, İrana müharibə elanıdır Tehran nəyi seçəcək?

Bu, İrana müharibə elanıdır Tehran nəyi seçəcək?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsralin İrana gözlənilən hücumunun effekti proqnozlaşdırılandan daha ağır oldu: nüvə obyektlərinin, yüksək hərbi komandanlığın və hərbi infrastrukturun vurulması faktiki müharibə elanıdır. Rəsmi Tehran da daha öncə nüvə obyektlərinin vurulmasının genişmiqyaslı müharibəyə səbəb olacağını bildirmişdi.

Bu hücum üç punktual məsələni önə çıxarır:

- ABŞ müharibəni, yoxsa danışıqları dəstəkləyəcək?

- İsrail müharibəni davam etdirəcəkmi?

- İranın seçimi necə olacaq?

ABŞ-İran danışıqlarının “dalana dirənməsi” fonunda Vaşinqton üçün İsrailin hücumu Tehranı masada razılaşmaya məcbur etmək aktı hesab oluna bilər. Yaxın Şərqdə genişmiqyaslı müharibə istəməyən ABŞ-ın danışıqları davam etdirmək xəttini izləyəcəyi ehtimalı böyükdür.

Bu, İsrailin İranı tamamilə cilovlamaq planına uyğun gəlmir. Netanyahunun müharibənin uzun müddət davam edəcəyinə dair açıqlaması və səfərbərlik elanı da Təl-Əvivin genişmiqyaslı döyüşə hazırlığından xəbər verir. Hərçənd, hadisələrin inkişafını böyük ölçüdə İranın seçimləri müəyyən edəcək.

İran nüvə danışıqlarının növbəti raundundan imtina edib. Bu, Tehranın müharibə seçimi kimi görünsə də, yekunda masaya qayıdacağı ehtimalı daha böyükdür:

1. Son hücum bir daha isbatladı ki, İsraillə müharibənin nəticəsi İran üçün arzulanan olmayacaq;

2. İsraillə genişmiqyaslı müharibə İrana beynəlxalq koalisiya ilə üzləşmək riski yaradır və bu, nəinki rejimin, bütövlükdə ölkənin də gələcəyini sual altına salır: Baydendən fərqli olaraq, Tramp İsrailin koalisiya istəyini dəstəkləyə bilər;

3. Sanksiyalar altında olan İranın belə bir müharibə üçün iqtisadi resursları da zəifdir;

4. Genişmiqyaslı müharibədə İran daxilində vahid mövqeyi qorumaq asan olmayacaq;

5. Yaxın Şərqdə proksi qüvvələri böyük ölçüdə sıradan çıxan İran belə bir müharibədə tamamilə təklənə bilər: Rusiya diqqətin Ukraynadan yayınması və ABŞ-la bazarlıq üçün bunda maraqlı ola bilər; Tehranı dəstəkləyən Pekinin reaksiyasının ritorik müstəvidən uzağa gedəcəyi gözləntisi azdır.

Praqmatik yanaşma İranın genişmiqyaslı müharibədən qaçacağı fikrini önə çıxarır. Lakin buna qədər effektsiz olsa belə, “qisas addımları”nın atılacağı məlumdur. İranın masaya qayıtma müddəti də burada önəmli amildir. İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq və hərbi potensialına maksimum zərər vurmaq istəyən İsrail bunun mümkün qədər gec baş verməsində maraqlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see256

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see249

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see233

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see220

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see218

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see218

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see211

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see197

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see191

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see190

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see188

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see188

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see188

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see184

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see184

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see183

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see179

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see173

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see171

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri