Icma.az
close
up
RU
Məhkəmə vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmurla bağlı qərar çıxardı

Məhkəmə vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmurla bağlı qərar çıxardı

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirsadiq Əskərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Əskərov Mirsadiq Rakif oğlu beynəlxalq axtarışda olduğu üçün 26.12.2022-ci ildə Rusiyanın Moskva şəhərində tutularaq Azərbaycana gətirilib.
Onun axtarışa verilməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad Qarayevi (soyadı şərti) döyərək qabırğasını sındırması olub.
Belə ki, M.Əskərov 2021-ci ilin dekabr ayında işdən çıxarıldıqdan sonra "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsinin rəisi Şahin Cəfərov əl-ələ verib cənub meşələrini məhv edir" başlığı ilə sosial şəbəkələrdə şikayət formasında yazı yazıb, fotolarla paylaşıb. Həmin yazılar mediada da işıqlandırılıb.
Sözügedən şikayətdən sonra Lənkəran Regional Meşə İdarəsinin sabiq rəisi Şahin Cəfərovun göstərişi ilə 2022-ci ilin 2 yanvar tarixində Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında yoxlama aparılıb. Yoxlamaya 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən E.Qarayev və digər şəxslər göndərilib.
M.Əskərov Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qeyd olunan əraziyə gedib. O, Elşadın "Niva” markalı avtomobildə əyləşdiyini görüb. Daha sonra "Sən kimsən ki, Astaradan Lerikə yoxlamaya gəlmisən" sualını zərərçəkmişə verərək, onu yaxasından tutub avtomobildən düşürüb, təpiklə nazirlik əməkdaşını vurub. Nəticədə nazirlik əməkdaşı Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib, qabırğasının sındığı aşkarlanıb. O, cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılıb.
Hadisədən sonra M.Əskərov ölkəni tərk edərək, Moskvaya gedib və bir müddət sonra orada saxlanılaraq Azərbaycana gətirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əskərov Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see214

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see207

Ankarada Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

23 May 2025 04:44see161

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see126

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see124

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see123

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see123

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see120

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see118

Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

22 May 2025 23:34see118

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see118

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see118

ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb

23 May 2025 09:10see117

Dua Lipa Qalatasaray dan nə qədər qonorar tələb edib?

23 May 2025 14:41see117

“Barselona”da növbəti müqavilə

22 May 2025 23:07see116

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

23 May 2025 10:39see115

Adi qidaların yaşlanmaya qarşı silah olduğu sübut edilib...

22 May 2025 21:54see114

Yatmazdan əvvəl hansı qidaları qəbul etmək olmaz?

23 May 2025 03:19see114

14 yaşlı Ağdam sakini: Qarabağa köçürəm deyə həyəcanlıyam

23 May 2025 06:47see112

Şənbə üçün nəzm

24 May 2025 08:15see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri