Icma.az
close
up
RU
Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngin və qədim tarix, mədəni irs, eyni etnik köklərə malik xalqlarımızın ümumi ənənəvi dəyərlərə sadiqliyi türkdilli ölkələri sıx birləşdirir. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - deyən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan daim Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində önəmli addımlar atır.

Modern.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun açıqlamasında yer alıb.

Komitə sədri qeyd edib ki, son illər bütün dünya Türk dövlətləri arasında möhkəmlənən birliyin şahidi olur. Vətən müharibəsində və antiterror tədbirlərində tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən qüdrətli Azərbaycan Türk dünyasının birliyinin güclənməsində mühüm rola malikdir. Ötən il ölkəmizin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü eyni zamanda qardaş xalqlarımızın birliyinin və həmrəyliyinin, onların sülhə və ədalətə sadiqliyinin təzahürü idi. Azərbaycanın təşəbbüsünün davamı olaraq, Macarıstanda keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə vurğulayaraq dedi: “Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan bu gün yüksək beynəlxalq nüfuzu, güclü iqtisadiyyatı, irəli sürdüyü təşəbbüslərlə Türk Dövlətləri Təşkilatının fəaliyyətində önəmli rol oynayır. Prezident İlham Əliyev qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bu məsələlərdən bəhs edərkən bildirdi ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Həmçinin Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Bu, təbii ki, ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində görülən işlərin, həyata keçirilən layihələrin nəticəsində mümkün olur. Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın Orta Dəhliz təşəbbüsü Türk dünyası üçün olduqca mühüm imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə bir çox önəmli məsələlərin yer aldığını bildirən Şahin İsmayılov qeyd edib ki, sənəddə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində ölkəmizin təşəbbüsləri yüksək qiymətləndirilib. “Ötən il Azərbaycan dünyanın ən mötəbər tədbirlərindən birinə uğurla ev sahibliyi etdi. Konfransda 70 dövlət və hökumət başçısının, ümumilikdə isə 197 ölkədən 77 min iştirakçının iştirakı tədbirin əhəmiyyətinin göstəricisidir”, - deyə Şahin İsmayılov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri