Icma.az
close
up
RU
Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi KONKRET

Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmədə barəsində bəraət hökmü çıxarılan müğənni Nüşabə Musayeva ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Müğənni Nüşabə Musayeva ötən il ATV kanalında yayımlanan “Bizimləsən” verilişində atasının anasına xalası Canıyeva Şahsənəm Ağaddin qızı ilə xəyanət etdiyini demişdi.

Şahsənəm Canıyeva bildirib ki, bacısı qızı canlı efirdə onun barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. O, Nüşabə Musayeva barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət verib və ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.

Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.

Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.

Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşadıqlarını gördüklərini deyiblər.

Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib. Qərardan narazı qalan müğənninin xalası kassasiya şikayəti vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri