Icma.az
close
up
RU
Məhkəmə Zelenskinin ofisi ilə bağlı qərar verdi: sanksiya qalmaqalı böyüyür

Məhkəmə Zelenskinin ofisi ilə bağlı qərar verdi: sanksiya qalmaqalı böyüyür

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Ali Məhkəməsi Prezident Volodimir Zelenskinin ofisini və hökumət nümayəndələrini ölkənin keçmiş prezidenti, “Avropa Həmrəyliyi” partiyasının lideri Pyotr Poroşenkoya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı sənədləri təqdim etməyə məcbur edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Poroşenkonun partiyası rəsmi açıqlama yayıb.

Məlumatda bildirilir ki, Ali Məhkəmə iddiaçının vəsatətini təmin edib və Prezident Ofisi ilə hökuməti sanksiyaların tətbiqi ilə bağlı hüquqi əsasları, qərarın qəbulu prosedurunu və bu prosesə birbaşa cəlb olunan dövlət məmurlarının siyahısını təqdim etməyə borclu sayıb.

Məhkəmə iclasından sonra Poroşenko bəyan edib ki, hüquqi əsası olmayan bu məhdudiyyətlərin ləğvinə nail olmaq və onları hazırlayan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün mübarizəsini davam etdirəcək.

“Bizdə sanksiya fərmanının hazırlanması mərhələsində saxtalaşdırma hallarının baş verdiyinə dair sübutlar var. Fərman imzalandıqdan sonra isə bu sənədin versiyası 4 dəfə dəyişdirilib ki, bu da tamamilə qanunsuzdur”, – deyə Poroşenko bildirib.

Qeyd edək ki, Ukrayna Ali Məhkəməsi Poroşenkonun iddiasına aprelin 17-də baxmağa başlayıb. Zelenskinin sabiq prezidentə qarşı müddətsiz sanksiyalar tətbiq etdiyi fərman isə fevralın 13-də dərc olunub. Ukraynalı siyasi şərhçilər hesab edirlər ki, bu addım Zelenskinin qarşıdan gələn mümkün seçkilər öncəsi Poroşenkonun siyasi nüfuzunu zəiflətmək məqsədi daşıya bilər.

Xatırladaq ki, Poroşenko son aylarda dəfələrlə xarici səfərlərə buraxılmayıb və bu səbəbdən Zelenskinin ətrafını onun siyasi fəaliyyətinə süni maneələr yaratmaqda ittiham edib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see8871

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see462

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see250

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see166

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see155

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see143

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see137

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see130

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see122

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri