Icma.az
close
up
RU
Zelenskinin görüşündə casus tərcüməçi qalmaqalı

Zelenskinin görüşündə casus tərcüməçi qalmaqalı

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı çərçivəsində keçirilən yüksək səviyyəli görüş zamanı tərcüməçi casusluqda şübhəli bilinərək ifşa olunub.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Nəşrin araşdırmasına əsasən, 2024-cü ilin dekabrında Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən Avropa Şurasının iclasında iştirak edən tərcüməçi Rusiya ilə əlaqələrə görə işdən uzaqlaşdırılıb. 19 dekabr 2024-cü ildə baş tutan görüş ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi ehtimalı fonunda və Ukraynaya ayrılması nəzərdə tutulan 30 milyard avroluq yardımın bölüşdürülməsi baxımından həyati əhəmiyyət daşıyırdı. İclas bağlı qapılar arxasında keçmiş və təhlükəsizlik səbəbindən tərcüməçilərə yazılı qeyd aparmaq qəti şəkildə qadağan olunmuşdu.

Ancaq “La Monde”nin yazdığına görə, iclas zamanı çexiyalı tərcüməçilər Ukrayna dilinə cavabdeh olan qadının məmurların dediklərini qeyd etdiyini görüb. Bu fakt dərhal təhlükəsizlik xidmətlərinə bildirilib. Tərcüməçi kabinədə cinayət başında yaxalanaraq dərhal kənarlaşdırılıb, avadanlıqları müsadirə olunub və akkreditasiyası ləğv edilib.

Araşdırmalardan sonra məlum olub ki, xanım İ. adlı bu qadın Rusiya mənşəlidir, valideynləri rusdur, bacısı da peşəkar tərcüməçidir. Bacılardan biri Rusiyada anadan olub. Hər iki bacı 20 ilə yaxındır NATO, Avropa Komissiyası, Fransa Müdafiə və Xarici İşlər Nazirliyində tərcüməçi kimi çalışıb.

Maraqlıdır ki, Ukraynanın Brüssel və Parisdəki səfirlikləri illərdir bu qadının tərcüməçi kimi Zelenskiyə yaxın buraxılmaması üçün xəbərdarlıq etsə də, Aİ strukturları bu siqnalları nəzərə almayıb.

“Le Monde” yazır ki, qadın əvvəllər Kiyevdə, sonra Strasburqda təhsil alıb. O, şərhində hadisəni kiçik anlaşmazlıq” adlandırıb, NATO və Fransa strukturları ilə davam edən əlaqələrini göstərərək özünü müdafiə edib. Lakin Avropa Komissiyası artıq onun xidmətlərindən istifadə etməyəcəyini açıqlayıb.

Ən maraqlısı isə budur ki, rəsmi şəkildə xanım İ. heç vaxt NATO, Fransanın Brüsseldəki daimi nümayəndəliyi və ya Fransa nazirliklərinin tərcüməçi siyahısından çıxarılmayıb. 2024-cü ilin əvvəlində o, Ukraynayla bağlı olmayan bir neçə beynəlxalq tədbirdə iştirak edib. Bu hadisə istər Avropa İttifaqının təhlükəsizlik mexanizmlərinin zəifliyini, istərsə də Rusiya kəşfiyyatının Aİ strukturlarına nüfuz imkanlarının hələ də mövcud olduğunu göstərir.

Bu cür hadisə 2017-ci ildə Ukraynanın özündə də baş vermişdi. O dövrdə baş nazir Vladimir Qroysmanın tərcüməçisi Stanislav Yejov Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinərək ifşa olunmuşdu. O, mühüm dövlət görüşlərində iştirak etmiş, Co Baydenlə belə eyni masada olmuşdu. SBU onun casus kimi fəaliyyət göstərdiyini bildirmiş, 2019-cu ildə Rusiyaya dəyişmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri