Icma.az
close
up
RU
Məhkəmədə Ermənistan siyasi hərbi rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiq edən sübutlar tədqiq olunub

Məhkəmədə Ermənistan siyasi hərbi rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiq edən sübutlar tədqiq olunub

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı bir sıra videomateriallar nümayiş olunub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin videomateriallara Ermənistanın işğal dövründə hazırladığı reportajlar da daxildir.

Nümayiş etdirilən dəlillərdən biri Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş "Komandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə qeydlərinin əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib.

Vurğulanıb ki, Şuşanın işğalı barədə hazırlanmış plan Vazgen Sarkisyana (Ermənistanın birinci müdafiə naziri - red.) təqdim edilib. Əlavə olunub ki, V.Sarkisyan plana razılıq verib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib ki, bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verməsini sübut edir.

Məhkəmədə nümayiş etdirilən diger videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin adları, - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyan, - çəkilib. Ermənilərin hazırladığı videomaterialda qeyd edilib ki, hücumun məqsədi işğalla yanaşı, Şuşanın "yeriyən həşəratlardan təmizlənməsi" olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see193

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see172

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see144

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see134

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see131

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see130

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see130

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see130

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see128

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see127

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see125

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see123

Rusiyanın hərbi sənaye müəssisələri müharibənin real təsirlərini hiss etməlidir Zelenski

26 İyul 2025 11:02see122

Diplomatiyamızın şərəfli səhifəsi

26 İyul 2025 10:55see120

Laçında ağır qəza Ölənlər var

26 İyul 2025 21:39see117

Rusiya şovinizmi dünya sülhü üçün real təhlükədir Tənzilə Rüstəmxanlı yazır

26 İyul 2025 10:46see117

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür

26 İyul 2025 11:14see115

“Ədalət”i səngərdə çıxarmışam 35 illik QƏZET

26 İyul 2025 11:13see113

Oğuz Qəbələ Bakı su kəmərinin idarəetmə sistemi yenidən qurulacaq 633 min manata

26 İyul 2025 11:05see112

Türkiyənin yerli mesajlaşma tətbiqi istifadəyə veriləcək

26 İyul 2025 08:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri