Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yardımlı Rayon İcra Hakimiyyətinin nüfuz alverində təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
SİA APA-ya istinadən xəbər verir ki, Yardımlı Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.
Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.
Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə Elçin Mirzəyev və Yaşar Eyvazov barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Səfərovun isə polis nəzarəti altında olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 26 Noyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















