MƏHKƏMƏYƏ VERSİNLƏR... Nazir saxta qəbul qalmaqalına görə UNEC in diplom ala bilməyən məzunlarına mersaj verdi
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməməsi haqda sualı cavablandırıb.
Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nair qeyd edib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır: "Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik".
Xatırladaq ki, nazirlik bu filiala tələbə qəbulu prosesində saxtakarlıq olduğunu əsas gətirir. O səbəbdən həmin filialın tələbələrinə diplom verilmir. Bu səbəbdən dəfələrlə tələbələr UNEC rəhbərliyi qarşısında aksiya da keçiriblər.
UNEC-ə yaxın mənbələr isə "Emin Əmrullayev rektor Ədalət Muradovun nazir təyin olunma ehtimalından qorxur deyə belə qalmaqalın böyüməsinə maraqlıdır" ittihamı irəli sürürlər...
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















