Icma.az
close
up
RU
Menu

Çindən böyük kosmos hərəkəti

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

Bu məktəbdə Son zəng çalınmayacaq

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

Sabirabadda keçirilən əmək yarmarkasında 100 ə yaxın vakansiya təqdim edilib

“Bütün oyunları Ərdoğan oynayır” Yunan mətbuatı təriflər yağdırdı

Azərbaycanda diaspor quruculuğu və lobbiçilik necə həyata keçirilir? Millət vəkilindən AÇIQLAMA KONKRET

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

“Son zəng”də şagirdlər məktəbli formasında olmalıdır Rəsmi AÇIQLAMA

Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr

Ən yaxşı kabab hansıdır?

Bakıda söküntü dalğası başlayır Bu binalar da plana salına bilər

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

Məhluqə xanımın izi ilə...” Qızı Natəvan xanım danışır

Məhluqə xanımın izi ilə...” Qızı Natəvan xanım danışır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Anam səhnədə, nənəm tabutda... və o axşam”


“Barat Şəkinskaya anamın aktrisa olmasında rol oynadı”

Mənzili axtara-axtara qulağımda “Bulağ”ın sədası küçələrdən döngələrə, döngələrdən tinlərə, şaqulidən üfüqiyə keçdim. Az getdim, üz getdim, sonunda tapdım. Məhluqə xanım dinləsə belə deyərdi: nağıl dili yüyrək olar, a qızım, keç mətləbə!.. Böyük məsləhəti dinləmək boynumuzun borcu. Keçirəm. Axtarışın məqsədi Azərbaycan qadınının səsi – mərhum aktrisamız Məhluqə Sadıqovanın qızı Natəvan xanımla həmsöhbət olmaq idi. Uzun müddətdir arzulayırdım Məhluqə xanımı yad edək. Haqqında vaxtilə çox yazılıb, özü də sağlığında müsahibələr verib. Mehriban, xoşxasiyyət olduğundan müraciət edən jurnalistləri həmişə qəbul edib, sualları cavablandırıb. Fərqli zamandır indi. İstedadlar təvazökarlıqdan arxada dayanır, istedadsızlar üzə durub irəli çıxır. Məhluqə Sadıqova kimi görkəmli aktrisanın sənətdə yaratdığı ədəbi dil məktəbi unudulur. Azərbaycan dilinin şirinliyi itir, səlisliyi, ahəngdarlığı pozulur, söz xəzinəsi kiçilir. Bu gedişatı durdurmaq lazımdır. Belə zamanda klassiklərə müraciət vacibləşir. 

Azərbaycanın Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqova bu mənada ən gözəl örnək olacaq xanımdır. Onun aydın diksiyası, səlis nitqi, ifadəli danışıq tərzi, hətta səs tonu da həm Azərbaycan şifahi dili, həm də ədəbi dilinin ən parlaq nümunəsidir. 


Aktrisanın qızı Natəvan xanım nə danışacaq anası haqqında, xatirələr işığında nələri yada salacaq, görəsən? Bunu düşünə-düşünə qapının zəngini basdım. Məhluqə Sadıqovanın həyatda olmadığını bilməyən birisi qapını açan xanımı görəndə “xoş gürdük, Məhluqə xanım” deyərdi, sözsüz. Bu, anasının tam oxşarı, sanki yarıya bölünmüş bir alma kimi eynilə anasına bənzəyən Natəvan xanım idi. Övlad necə də valideyninə bənzəyərmiş!... Natəvan xanım şübhəsiz anasına hədsiz bənzərliyini bildiyindən və yəqin ki, bunu ona indiyədək bir çoxları söylədiyindəndir ki, gülümsəyə-gülümsəyə “hə, anama oxşayıram, eləmi?!” deyib, “içəri keçin, xoş gəlmisiniz”, söylədi.

Natəvan xanımın alicənablığı, qonaqpərvərliyi, səmimiyyəti xoş aura yaradır. Bəlli bir yaşda olsa da, çox baxımlı, səliqəli, zövqlü olduğu ilk baxışdan görünür. Evə qonaq gələcək deyə, əvvəlcədən hazırlıq görüb. Təklif edir: 

- Çay süzüm, içə-içə söhbət edək... 

Razılaşıram. 


Və çay süfrəsi arxasında söhbətimiz başlayır.

- Anam Şuşada doğulmuşdu. Atası tacir olub, Qarabağ xalılarını Gürcüstana, İrana aparıb satarmış. Şuşada mülkləri olub. Sovet hökuməti evlərini müsadirə edib. Mən kiçik yaşlarda olanda anam, atamla Şuşaya getmişdik. Anam ata mülkünün qarşısına gedərdi, dayanardı, baxardı. Orada uşaq bağçası yerləşirdi... 


- Natəvan xanım, sizin adınız Xurşidbanu Natəvanın şərəfinə qoyulub? 

- Bilmirəm... Bu barədə heç düşünməmişdim, soruşmamışdım da anamdan... Biz 3 uşaq (Məhluqə xanımın övladları – Natəvan, Ceyhun, Yalçın) rus sektorunda təhsil almışıq. Üzr istəyirəm, mən Azərbaycan dilində yaxşı danışmadığımı bilirəm...  


- Üzr istəməyə ehtiyac yoxdur, Natəvan xanım. Amma yenə də maraqlıdır, nə əcəb siz rus məktəbində təhsil almısınız? Yəni ananız ana dilimizin ustası, atanız görkəmli rejissor, xalq artisti olduğu halda... 

- Nə deyim... Sovet vaxtı idi... Bir də ki bizim evdə çalışan qadın milliyyətcə rus idi, bizimlə rus dilində danışırdı, onunla danışa-danışa bu dili öyrənmişik, vərdiş etmişik, yəqin ona görə valideynlərimiz qərara gəlib ki, bizi rus sektoruna qoysunlar... Anam, atam çox məşğul insanlar idilər, bütün günü teatrda olurdular, məşqlər, hazırlıqlar, tamaşalar... ona görə anam ev işləriylə lazımınca məşğul ola bilmirdi deyə, evimizdə qadın xidmətçi olub. Amma anam qətiyyən təkəbbürlü deyildi... 


- Bu, aydındır. Məhluqə xanımın siması bunu göstərir zatən... 

- Bəli. Siz təsəvvür edin ki, anam evdə olanda xidmətçi qadınla bərabər çalışırdı, xörək bişirirdi, bilirdi ki, atam onun hazırladığı yeməkləri xoşlayır, istəyirdi atamı sevindirsin, evdə mehriban, isti mühit yaratsın... 


- Atanız ananızla necə tanış olub, Natəvan xanım?

- Atam Ələsgər Şərifov "Azdrama"da rejissor işləyib. Abbas Mirzə Şərifzadə ilə atam əmioğlu idilər... 

- Eləmi?.. Bunu bilmirdim. 

- Atam şamaxılıdı. Atası Mirzə Məmməd Tağı 20-ci əsrin lap əvvəllərində şəbih tamaşaları təşkil edirmiş. Mirzə Məmməd Tağı məhərrəmliklə bağlı şəbih tamaşasında qardaşı oğlu Abbas Mirzəni qız rolunda səhnəyə çıxarıb. 9 yaşı varmış Abbas Mirzənin, əli qılınclı adam üzərinə gələndə qorxub qaçıb... tamaşaçılar da əsəbiləşiblər, səhnə pozuldu deyə... 

(Natəvan xanım danışır və gülür. Ümumiyyətlə, söhbətimiz ərzində Natəvan xanımın gülərüzlüyü, həyata nikbin baxışı məni heyran etdi. Hətta kədərli hadisələrdən danışanda da arada məzəli bir söz deyib gülümsəyirdi) 

- Atam səhnəyə, teatra uşaq yaşlarından bağlı olub. Altı yaşı olanda ailələri Bakıya köçüb, atam Bakıda təhsil alıb. Əmisioğlu Abbas Mirzə də atamda teatra həvəs və sevgi oyadıb. Atam əvvəlcə texniki təhsil alıb. Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələrindən biri olub. 


- Natəvan xanım, maraqlısı həm də budur ki, atanız da, ananız da başqa ixtisaslar üzrə təhsil alıblar, amma həyat onları teatra gətirib çıxarıb. Səhv etmirəmsə, Məhluqə xanımın tibb təhsili vardı, deyəsən, diş texnikliyi üzrə təhsil alıb gənc yaşlarında.

- Elədir. Atası vəfat etdikdən sonra ana nənəm Savad əlində qalan mirası, zinət əşyalarını götürüb Bakıya köçüb. Ev kirayələyib yaşayıblar. Anam 8-ci sinfi bitirib Tibb texnikumuna daxil olub. Texnikumu bitirib, amma ixtisası üzrə işləməyib. Atam da həmçinin... Onların ikisi də səhnə üçün, incəsənət üçün yaranıbmış.  Atam gənc yaşlarında dram dərnəyində müxtəlif obrazları canlandırıb. Mustafa Mərdanov kimi görkəmli aktyordan dərs alıb. Sonra Moskvaya təhsil almağa gedib. Moskva Teatr Sənəti İnstitutuna daxil olub. Oranı bitirib ali rejissor diplomu alıb. Bakıya qayıdanda Akademik Dram Teatrına işə qəbul edilib, bir çox pyeslərə quruluş verib. Teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hidayətzadə ilə birgə işləyib. Hüseyn Cavidin “Şeyx Sənan” faciəsinə rejissorluq edib. 

(Ə.Şərifovun quruluş verdiyi tamaşalar - Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" , Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" , İmran Qasımovun "Arzu" , Məmmədhüseyn Təhmasibin "Bahar", "Aslan yatağı" Abdulla Şaiqin "Nüşabə"  Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" Hüseyn Cavidin "Səyavuş"  Mirzə İbrahimovun "Körpüsalanlar” və başqaları) 


- Ananızla necə tanış olublar? 

- Anam həmişə danışırdı ki, onun ədəbiyyata, sənətə, şeirə həvəsini ilk oyadan müəllimi Südabə xanım olub. Anam danışırdı ki, Südabə müəllimə həmişə ona hekayə, şeir oxudarmış. Anamın səsindən, hekayə və şeirləri intonasiya ilə oxumasından xoşu gələrmiş. Belə-belə anam da xeyli şeir əzbərləyib, hekayələr, monoloqlar öyrənib. Böyük bacısının həyat yoldaşı “Kommunist” qəzetinin redaktoru imiş. Evlərinə yaradıcı insanlar qonaq gələrdi. Bacısı anamı da özüylə tez-tez teatr tamaşalarına aparırmış. Anamın yaddaşı çox güclü idi. Səhnədəki aktyorların, aktrisaların dialoqlarını, monoloqlarını əzbər bilirdi. Tamaşa getdiyi vaxt anam obrazın deyəcəyi sözləri ondan əvvəl deyirmiş. Bunu bir neçə dəfə inzibatçı görüb, anama irad tutub ki, sakit otursun. Bir dəfə də dözməyib deyib ki, ay qızım, belə həvəsin var, gəl teatrda işlə... Barat Şəkinskaya nənəmgilə qonşu imiş. Anam bir dəfə Barat xanıma deyib ki, aktrisa olmaq istəyir, o da təklif edib teatra gəlsin, sınaqdan keçsin. Anam gedib və komissiya qarşısında etdiyi çıxışı bəyəniblər, onu teatrın truppasına qəbul ediblər. Atam da teatrda rejossor idi, anamı bəyənib, ona evlilik təklif edib. 2 il nişanlı qalıblar, sonra evləniblər, 1938-ci ildə. Anam özü danışırdı ki, qızların səhnəyə çıxmasına pis baxıldığı vaxtlar idi, anam teatrda işə qəbul olunduğunu evdə anasına deməkdən çəkinirmiş. Atam ona evlilik təklif edəndə, fikirləşib ki, həyat yoldaşı sənət adamı olsa, birgə çalışa biləcəklər, adına da pis bir söz deyilməz, dedi-qodu yaranmaz...


- Natəvan xanım, Məhluqə xanım müsahibələrinin birində səhnəyə çıxdığı ilk gün anasını itirdiyini deyib. Doğrudur?

- Yadımda qalan budur. Hadisə belə olub; 1936-cı ilin 27 avqustunda anam ilk dəfə səhnəyə çıxmalıydı. Həmin gün anası qəflətən vəfat edib. Anam çıxılmaz vəziyyətdə qalıb, neyləsin? Teatra getsin, necə getsin, anasının cənazəsi ortadadı, getməsin, neyləsin, onun əvəzinə kim çıxacaq səhnəyə, tamaşaçılar gəlib... Anam teatrda vəzifəsini yerinə yetirməyə qərar verib və evdən çıxıb. Axşam səhnədə rolunu oynayıb, evə qayıdıb anasının yasını saxlayıb... 


- Həqiqətən də, sənət fədakarlıq tələb edir, demək...

- İndi belə deyil. Hərdən baxıram televiziyadan göstərilənlərə. Ovaxtkı kimi istedadlı, qabiliyyətli, mərifətli aktyorlar, aktrisalar çox azdır. Heç qalmayıb, demək olar. Kim var, məsələn?... 

(Bu sualı cavabsız qoydum. Əslində, Natəvan xanım suala cavab istəmirdi də)


- Məhluqə xanımın sənəti, sənətkarlığı bəllidir. Evdə, ailədə necə idi? 

- Anam çox mehriban, istiqanlı idi. Siz mənə kompliment deyirsiniz, anamı görsəydiniz, bilərdiniz ki, mən onun heç yarısı da deyiləm. 

- Yox, özünüzə qarşı bu qədər də haqsız olmayın, Natəvan xanım. Ananızın xasiyyətindən çox şey sizə sirayət edib... 

(sevindi və gülümsündü)

- Doğru deyirsiz?... Hələ atam... Atam bilsəydiniz, necə incə ruhlu insan idi... Nə anam, nə də atam heç vaxt bizi xüsusi olaraq əzizləməyiblər. Çalışıblar həyatda öz yolumuzu tapaq. Biz 3 övlad, üçümüz də Azərbaycan Sənaye İnstitutunu bitirdik. O vaxt elə adlanırdı, sonra adını dəyişib Neft və Kimya İnstitutu etdilər, sonra Neft Akademiyası... Mənim ixtisasım burma və neft-qaz çıxarma mühəndisidir. Amma mən həm də Moskvada ingilis dilində ixtisasımı təkmilləşdirdim, institutda taki təqaüdə çıxanadək ingilis dilində texniki tərcümələr edirdim. Qardaşım Ceyhun... Bilirsiz, Ceyhun “Ögey ana” filminə çəkilib uşaq vaxtı. İsmayılın dostu Dadaşı oynayıb... 


- Hə, oxumuşam bu barədə... Maraqlıdır, necə olub ki, onu çəkiblər bu rola? 

- Nə bilim, filmin rejissoru Həbib İsmayılov idi. Yəqin bilib Məhluqə xanımın oğlu məktəblidir, görüb rola uyğun gəlir, çəkib onu. O zamanlar tanınmış şəxslər övladlarını reklam etmirdilər. Bu indi dəbdir.


- Ceyhun da aktyor olmadı...

- Yox, o da Sənaye İnstitutunu bitirdi. Qardaşım Yalçın da. Yalçın indi ailəsiylə Amerikada yaşayır. Dallas şəhərində. Nəvələri də var... 


- Bəs Ceyhun?...

(Natəvan xanımın gülər üzünə bulud çökdü) 

- Ceyhun  pandemiyada vəfat etdi... Mən hələ də özümə gələ bilmirəm... Yoldaşı da, özü də pandemiyanın qurbanı oldular... 4 ildir artıq... barışa bilmirəm onların yoxluğu ilə.... (fikrə getdi, az sonra yenə qamətini dikəltdi) Nə eyləyə bilərik, həyatdır, taledir... hamımız gedəcəyik bir-bir... kim qalacaq ki... Sizə deyim, anamı ruhən, mənəvi cəhətdən yıxan Yalçın oldu... 


- Necə bəyəm?

- 2001-ci ildə Nyu-Yorkda qoşa qüllələr partladılanda Yalçın ABŞ-də idi. Düzdü, Nyu-Yorkda yaşamırdı, amma təsəvvür edin ki, onun təkcə Amerikada olmağı anamı mənən yıxmışdısa, Nyu-Yorkda olsaydı, nə baş verərdi anamla... Təkcə bunu düşünmək ki, birdən Yalçın da orada ola bilərdi, fikri anamı xəstə saldı. Bu hadisədən sonra 3 il yaşadı anam. Yataq xəstəsi olmadı, yox. Amma hiss olunurdu ki, sarsılıb. Vəfatından əvvəl məni çağırdı, əlimi əlinə aldı, yaxşı ki varsan Natəvan, dedi... 


- Ananız sizin ailə qurmamağınızdan narahat deyildi? 

- Deməzdim. Bilirsiz, mən özüm də evlilik barədə heç düşünmürdüm. Evdə, ailəmin içində mənim üçün o qədər yaxşı idi, xoşbəxt idim, bu evdən, anamdan, atamdan ayrılmağı heç ağlıma da gətirmirdim. Bir dəfə xəstəxanaya getmişdik, anamla, həkim dedi ki, Məhluqə xanım, belə gözəl qızınız var, özümü tərifləyim bir az, niyə ailə həyatı qurmayıb (Natəvan xanım həqiqətən də gözəldir, hələ gənclik fotolarına baxanda ailə qurmaması, həqiqətən də qəribə gəlir adama), anam dedi “elə bilirdim rəfiqələri arasında birinci o ailə quracaq, amma belə olmadı”. Anam mütaliəni çox sevirdi, dünya yazıçılarının kitablarını alardı həmişə. Mənə də sirayət etmişdi bu xasiyyəti. Mən Yelena Obrazstsovanı çox sevirdim. Bir gün anama dedim ki, Kitab Evində onun haqqında kitab satılır. Anam mənimlə getdi və o kitabı mənə aldı. Xatirə qalsın deyə, içərisinə ürək sözlərini yazdı. 

Natəvan xanım kitabı dolabdan gətirdi, baxdım. Məhluqə xanım qızına bu sözləri yazıb: - Mehriban ailəmizin yaraşığı, sevinci, ümidi, həmişə təravətli, şaqraq gülüşlü, təmiz ürəkli, gözü-könlü tox - əzizim, həyatımızın bəzəyi qızım Nataya anası Məhluqədən. 21. XII 84.il Bakı... 


- Natəvan xanım, kaş ananız Şuşanın azadlığını görəydi, ömrü uzanardı bəlkə də... 

- Baxmayın ki, biz rus sektorunda təhsil almışıq, biz Vətənimizi sevirik. Mən bir dəqiqə də olsun, televizorun qarşısından aralanmırdım müharibə günlərində. Anam Şuşanın əsir düşməyini heç cür qəbul edə bilmirdi. Şuşa anam üçün ismət, namus rəmzi idi. Həmişə deyərdi ki, bu səsi mənə Şuşanın havası verib. Özünüz bilirsiniz, Şuşa necə görkəmli şəxsiyyətlər verib Azərbaycana. Şuşa əsir düşdü, anam Şuşasız qaldı. Şuşa azad olundu, anamsa yoxdur... Şuşasız anam, anasız Şuşam, deyirəm... Mən indi Prezidentimizdən necə narazı ola bilərəm?!. O bizə, şəxsən mənə anamın şəhərini qaytarıb...  

- Sizə deyim ki, Məhluqə xanımın sənətini şəxsən mənə sevdirən atam olub. Atam həmişə deyirdi ki, əsl Azərbaycan qadınının səsi Məhluqə xanımın səsidir. Məsələn, niyə demirdi Barat xanımın səsi, yaxud Hökümə Qurbanovanın səsi. Halbuki onların hər birinin özünəməxsus səs tembri vardı...   

(Natəvan xanım fikrə getdi... )

-... Razıyam sizinlə. Bunu mənə deyiblər, anamın səsi çox təsirli idi, dinləyicini, tamaşaçını ələ alırdı... Anam radioda “Bulaq” verilişindən əvvəl də çalışıb, nağıllar, hekayələr səsləndirib. 1972-ci ildən “Bulaq” verilişinin aparıcısı olub, tərəf-müqabilləri əvvəllər başqaları olub, Aydın Qaradağlı, Sadıq Hüseynov... Deyəsən, 1976-da mərhum Səməndər Rzayev onunla birgə verilişə aparıcılıq edib. Səməndər Rzayevin səsi də güclü, ecazkar idi, səslər bir-birinə uyğun gəlirdi.


Zəruri qeydləri edək: 

Məhluqə Sadıqova  Azərbaycan Milli Dran Teatrında saysız obrazlar yaradıb. M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, Cəfər Cabbarlının "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə" pyeslərində, Jan Batist Molyerin "Skapenin kələkləri",  Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu”, Səməd Vurğunun “Vaqif”, "Fərhad və Şirin" və "Xanlar" pyeslərində, A.Ostrovskinin “Günahsız müqəssirlər", Hüseyn Cavidin "Şeyx Sənan", V.Şekspirin “Qış nağılı” pyeslərində və onlarla tamaşalarda yaddaqalan obrazlar yaradıb. 30 ilə yaxın radiopda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, şifahi xalq ədəbiyyatını, aşıq sənətini, milli adət-ənənələrimizi oxuculara sevdirib. Onun bulaq kimi çağlayan səsi radio dalğalarından bütün ölkəyə yayılıb.     


- Natəvan xanım, ananızla atanızın münasibətləri necə idi ailə daxilində? 

- Onlar həmişə mehriban olublar. Atam sənətkarı qiymətləndirməyi bacarırdı. Bilirdi ki, Məhluqə xanım istedadlıdır, istənilən rolun öhdəsindən gələcək, amma yenə də teatrın ozamankı direktoru Ədil İsgəndərovun rolları təsdiqləməsini gözləyirdi. İstəmirdi arxasınca danışsınlar ki, baş rolları öz həyat yoldaşına verir. Hətta buna görə Ədil müəllimin onu danladığı vaxtlar da olub. Deyib ki, niyə özün qərar vermirsən, bilirsən axı bu rolu Məhluqə hamıdan yaxşı ifa edəcək. Anam da, atam da həm də çox xeyirxah insanlar idi. Kimsə onlara hansısa problemlə bağlı müraciət etsəydi, önə düşüb həll edirdilər. Yadımdadır, bir xanım vardı, gənc yaşda ana olub, maddi imkansızlıqdan övladını özü böyüdə bilməyib deyə, uşaq evinə veribmiş. Bir neçə il sonra o qadın bizə gəldi, anam bunu bildi, birbaş Əliş Ləmbəranskinin qəbuluna getdi anam. Əliş Cəmiloviç o vaxt Bakı şəhər İcraiyyə Komitəsinin sədri olub. Anam Əliş Ləmbəranskiyə deyib ki, Azərbaycan qadını buna görə çadrasını atıb cəmiyyətə çıxdı ki, indi balası uşaq evində böyüsün?!. Qadının evi yoxdur övladını yanına alsın. Ləmbəranski elə oradaca sərəncam verib ki, həmin qadına mənzil ayrılsın. O zaman da Bakıda binaların tikintisi gedirmiş, qadına deyiblər haradan istəyirsən sənə mənzil verək. Qadın Kubinka ərazisində istəyib. Ev veriblər, o da övladını uşaq evindən çıxarıb. Anam deyərdi ki, ailədə həyat yoldaşları gərək bir-birinə inansın, bir-birinə arxa olsun. Çoxları bilmir ki, atamın ilk evliliyindən olan qızı Xumarı da anam böyütmüşdü.  


(Natəvan xanım ailə fotosunu göstərdi. Məhluqə xanım mərkəzdə, başı üzərində oğulları, sağ, solunda qızları Xumar, Natəvan... ) Fotoda Xumarı nişan verərək belə dedi: 


- O bizim bacımız idi, hamımız da onu belə qəbul edirdik, sevirdik. Ümumiyyətlə, ailəmiz mehriban idi...  Anamın, atamın insanpərvərliyi, qayğıkeşliyi sayəsində. 

Natəvan xanımla şirin, maraqlı söhbətimiz yekunlaşdı. Azərbaycan teatr tarixinə, incəsənətinə qısa bir ekskursiya etdik onunla. Sənət aləminə bu qədər görkəmli şəxsiyyətlər bəxş etmiş xalqımız bütün təriflərə ali şəkildə, sözsüz ki, layiqdir. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çindən böyük kosmos hərəkəti

16 May 2025 03:02see150

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

16 May 2025 05:18see125

Bu məktəbdə Son zəng çalınmayacaq

16 May 2025 13:26see125

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see120

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

16 May 2025 03:08see119

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

16 May 2025 18:17see118

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

16 May 2025 13:12see118

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see117

Sabirabadda keçirilən əmək yarmarkasında 100 ə yaxın vakansiya təqdim edilib

15 May 2025 17:12see117

“Bütün oyunları Ərdoğan oynayır” Yunan mətbuatı təriflər yağdırdı

15 May 2025 22:54see117

Azərbaycanda diaspor quruculuğu və lobbiçilik necə həyata keçirilir? Millət vəkilindən AÇIQLAMA KONKRET

15 May 2025 18:03see117

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see115

“Son zəng”də şagirdlər məktəbli formasında olmalıdır Rəsmi AÇIQLAMA

15 May 2025 16:53see114

Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr

16 May 2025 11:41see114

Ən yaxşı kabab hansıdır?

16 May 2025 02:01see114

Bakıda söküntü dalğası başlayır Bu binalar da plana salına bilər

16 May 2025 08:04see112

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see111

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

16 May 2025 18:51see111

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

16 May 2025 03:36see110

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

17 May 2025 01:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri