Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Mehmet Bozkuş: Ərdoğansız Türkiyə bu dönəmdə riskli ola bilər

Mehmet Bozkuş: Ərdoğansız Türkiyə bu dönəmdə riskli ola bilər

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Sabit və güclü bir liderə olan ehtiyacın bir daha açıq şəkildə ortaya çıxdığını demək lazımdır


Türkiyədə müxalifət və siyasət yenidən qurulma prosesinə girib


 Bu prosesdə yerli və milli kimliyə sahib olan siyasi partiya quruluşlarının Türkiyədə yaşam haqqına sahib olacağını, digərlərinin isə bu yaşam haqqını itirəcəyini deyə bilərik


Türkiyə, qlobal və regional qeyri-sabitliklərin artdığı bir dövrdə yeni strateji hədəflərlə yoluna davam edir. Prezident Rəcəb Tayyib Ərdoğanın parlament qrup toplantısında prezident seçkilərinin 2028-ci ildə keçiriləcəyini söyləyib. Bu barədə APA xəbər yayıb.

 Lakin prezidentin iki dövrlük prezidentlik məhdudiyyəti səbəbilə siyasi gələcəyi hüquqi müstəvidə müzakirə mövzusudur.


Türkiyəli strategiya üzrə mütəxəssis və siyasi elmlər üzrə alim Mehmet Bozkuş mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:


"Rəcəp Tayyib Ərdoğan parlamentdəki qrup toplantısındakı açıqlamalarında müxalifətin erkən seçim istəklərinin qarşısında açıq mövqe ortaya qoyaraq 2028-ci ildə seçkilərin keçiriləcəyini söylədi. Türkiyənin yeni dövrdə stabil şəkildə atacağı addımları əhatə edən, “Terrorsuz Türkiyə” doktrinası çərçivəsində, beynəlxalq terror təşkilatlarının, o cümlədən regional terrorizmin aradan qaldırılması, regionun inkişafı da daxil olmaqla, böyük iqtisadi sərmayələrin reallaşdırılması nəzərdə tutulur. İnkişaf Yolu Layihəsi və Yeni Enerji Boru Kəmərlərinin tikintisi ilə terror qruplaşmalarının İran, Suriya, İraq və Türkiyədən təmizlənməsi, qan və göz yaşlarının sona çatması şəklində strateji həmlənin başladıldığını görürük. Ona görə də yeni konstitusiyaya hazırlıq, terrorsuz Türkiyə və bölgənin terrordan təmizlənməsi ilə yanaşı, Türkiyənin dost və qardaş ölkələrlə, xüsusilə Azərbaycan və Pakistanla müttəfiqliyi çərçivəsində Böyük Anadolu, o cümlədən bütün Türküstan bölgəsində və Yaxın Şərqdə artan gücü və nüfuzu diqqəti cəlb edir. Bu prosesdə Türkiyəni seçki ilə məşğul etmək cəhdinin arxasında kimlərin dayanması, erkən seçkinin gecikməsinin kimləri narahat edəcəyi, bu vəziyyətdən kimin faydalanacağı sual doğurur. Ona görə də biz hesab edirik ki, indiki şəraitdə erkən seçki prosesi mümkün deyil. Ancaq siyasətdə qərarlar çox qısa zamanda da dəyişə bildiyinə görə hadisələrin necə formalaşacağını təxmin edə bilmirik".


Politoloq Türkiyənin yeni hədəflərlə yola çıxdığını söyləyib:

"Ərdoğan müxalifətin Türkiyənin milli və yeni hədəfləri istiqamətində yenidən özünü dizayn etdiyini və gələcək siyasətdə müxalifət partiyalarının da yer alması gerçəyini bir daha ortaya qoydu. Ərdoğan son parlament qrupunun iclasında terrorla məşğul olan siyasi partiyaların artıq özlərini düzəldəcəklərini və Türkiyə Cümhuriyyətində yerli və milli müxalifətə ehtiyacın olduğunu açıq şəkildə ifadə etdi. Siyasətə kimin gəlib-gedəcəyi, kimin qalacağı prosesinə nəzər saldıqda, Ərdoğanın Türkiyə üçün çalışdığını, heç vaxt gözləntidə olmadığını söyləməliyik. Buna görə də prezidentimizin öz siyasi gələcəyi ilə bağlı verəcəyi qərarları diqqətlə araşdırıb gözləmək lazımdır. Eyni zamanda bildirmək lazımdır ki, Türkiyədə müxalifət və siyasət yenidən qurulma prosesinə girib. Bu prosesdə yerli və milli kimliyə sahib olan siyasi partiya quruluşlarının Türkiyədə yaşam haqqına sahib olacağını, digərlərinin isə bu yaşam haqqını itirəcəyini deyə bilərik".


Mütəxəssis söyləyib ki, Ərdoğanın bir müddət daha prezidentliyə namizədliyi ətrafımızda baş verən proseslər baxımından Türkiyənin sabitliyi və təhdidlər qarşısında həyati bir ehtiyadır:

"Namizədlik məsələsini Ərdoğanın verdiyi qərara uyğun qiymətləndirmək ən yaxşısı olardı. Rəcəb Tayyib Ərdoğanın son 23 ildə Türkiyə Cümhuriyyəti üçün gördüyü işləri qiymətləndirdikdə, ölkəni təhdid edən amillərə qarşı nümayiş etdirdiyi güclü siyasi iradəni, liderlik qətiyyətini bütün dünyaya qəbul etdirdiyini görərik. Türkiyənin diplomatiya sahəsində zirvəyə çatdığı bu prosesdə, Ərdoğan məzlum xalqlar və İslam aləmi adından “Dünya beşdən böyükdür və beşdən də böyük olan insanlıqdır” şüarı ilə apardığı siyasəti ilə yalnız Türkiyənin deyil, bütün dünyanın sabit və etibarlı bir liderə ehtiyacı olduğu dövrdə önə çıxır. Bu baxımdan, onun Türkiyə üçün nə qədər dəyərli və önəmli bir lider olduğu həqiqəti, dünya miqyasında da təqdir olunur. Həm Avropanın, həm də Amerikanın stabil lider axtarışında olduğu bu dönəmdə Avropanın Merkeldən sonra lider qıtlığı yaşadığı aydındır. Amerikanın Tramp dövründə qeyri-sabit siyasətini nəzərə alsaq, dünya üçün sabit liderə ehtiyac olduğu aydınlaşır. Məhz bu nöqtədə, Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın Böyük Türk Milləti adından gördüyü bütün fəaliyyətləri nəzərə aldıqda, onun bir müddət daha Türk siyasətində və liderlik mövqeyində qalmasının nə qədər önəmli olduğu həqiqətini söyləmək lazımdır. Bu, həm dünya siyasəti, həm bölgəmiz, həm də ölkəmiz üçün son dərəcə dəyərli bir həqiqətdir. Lakin hüquqi çərçivədən baxdıqda, Ərdoğanın prezidentlikdə ikinci dövrünü başa vurmuş olması səbəbilə, Konstitusiyada yer alan iki dövr məhdudiyyəti çərçivəsində bu vəziyyətin yenidən qiymətləndirilməsi və bu mövzu ilə bağlı hüquqi tənzimləmənin həyata keçirilməsi zərurəti ortaya çıxır. Çünki Türkiyənin mövcud vəziyyəti və ətrafımızdakı hadisələr nəzərə alındıqda, dünyanın yenidən formalaşdığı bir zamandan keçdiyimiz, yenidən formalaşmanın gətirdiyi böhran və xaosların böyük ölçüdə məhz bizim coğrafiyada cərəyan etdiyi aydın şəkildə görünməkdədir. Buna görə də, sabit və güclü bir liderə olan ehtiyacın bir daha açıq şəkildə ortaya çıxdığını demək lazımdır". 


Mehmet Bozkuş sonda Türkiyənin stabil idarəçiliyini və bölgədəki sabit hinterlandında baş verən prosesləri qiymətləndirərkən, Ərdoğanın Türkiyə siyasətindəki yerinin danılmaz olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri