Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Mehmet Özkan: Türkiyə Maarif Vəqfinin 485 məktəbində 70 mindən çox şagird təhsil alır

Mehmet Özkan: Türkiyə Maarif Vəqfinin 485 məktəbində 70 mindən çox şagird təhsil alır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

2022-ci ildən Türkiyə Maarif Vəqfinin təhsil müəssisələri Azərbaycanda da fəaliyyət göstərir. Hazırda ölkədə iki məktəb mövcuddur. Təxminən 1000 şagirdlik tutumumuz var və hazırda bu tutumun 50 faizi doludur. Gəncə şəhərində də bu məktəbdən açılması planlaşdırılır və artıq bu istiqamətdə ilkin addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin üzvü Mehmet Özkan deyib. Onun sözlərinə görə, Türkiyə Maarif Vəqfi hazırda 55 ölkədə fəaliyyət göstərir, ümumilikdə 485 məktəbdə 70 mindən çox şagird təhsil alır: “Türk dünyasına xüsusi önəm verən vəqf Qırğızıstanda artıq məktəblər açıb və yaxın gələcəkdə Qazaxıstanda bu istiqamətdə addımlar atmağı planlaşdırır. Genişlənmə prosesi digər ölkələrdə də davam edir. Lakin Maarif Vəqfi üçün Azərbaycan öncül mövqedədir. Burada fəaliyyət göstərən məktəblərin genişləndirilməsi və digər şəhərlərdə də yayılması istiqamətində ciddi səylər göstərilir”.

O bildirib ki, Türkiyə Maarif Vəqfi xüsusən Türk dünyası ilə qardaşlıq əlaqələrinin, sosial bağların möhkəmləndirilməsi, ortaq mədəniyyətin və dəyərlərin paylaşılması, gələcək nəsillərin bir-birini tanıması üçün çalışır: “Təhsildə qurulan əməkdaşlıqları uzunmüddətli və davamlı investisiya kimi qiymətləndiririk. Bu əməkdaşlığın gələcəkdə Türkiyə ilə Türk dünyası arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə inanırıq”.

Mehmet Özkan qeyd edib, vəqfin Bakıda fəaliyyət göstərən məktəbləri strateji əhəmiyyət daşıyır və bu məktəblərin daha da genişləndirilməsi istiqamətində işlər aparılır: “Maarif Vəqfi yalnız Azərbaycanda deyil, Cənubi Afrikadan Almaniyaya, Avstraliyadan Amerikaya qədər bir çox ölkədə fəaliyyət göstərir. Eyni zamanda, Qırğızıstan və Albaniyada iki universitet fəaliyyət göstərir. Vəqf əsasən məktəbəqədər təhsildən lisey səviyyəsinə qədər məktəblər açır, lakin ali təhsil istiqamətində də fəaliyyət göstərir.

Maarif məktəblərinin məzunları Türkiyədə ali təhsil almaq üçün geniş imkanlara malikdirlər. Onlar Türkiyədəki liseylərdən məzun olmuş kimi tanınır və təhsil uyğunluğu təmin olunur. Eyni zamanda, dövlət universitetlərinə qəbul olan Maarif məktəbi məzunları təhsil haqqı ödəmədən oxumaq imkanı əldə edirlər”.

“Türkiyə Cümhuriyyəti adından fəaliyyət göstərən rəsmi bir qurum olaraq, Maarif Vəqfi dövlət tərəfindən qanunla təsis edilmiş ictimai fond statusuna malikdir və əsas məqsədimiz təhsildə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir,” – deyə Mehmet Özkan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16895

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1002

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see220

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see137

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see127

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see127

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see126

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see125

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see124

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see122

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri