Icma.az
close
up
RU
“Mehriban, qarşımda diz çöküb, dua oxumalısan” 100 min təzminat istəyir

“Mehriban, qarşımda diz çöküb, dua oxumalısan” 100 min təzminat istəyir

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq artisti Əli Nur ötən gün "Azdrama"da dalaşması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.

Aktyor Axşam.az-a müsahibəsində yayılan xəbərləri yalanlayıb:

"Dünən bütün saytlar yayılan yalan məlumat əsasında aləmə car çəkdilər ki, "Azdrama"da dava olub, Xalq artisti Əli Nuru döyüblər. Əslində bu hadisə belə olub: Bizdə bədii şura var. Onun iclası idi. Cəmi 4 aktyor var: Rafiq Əzimov, Sabir Məmmədov, Füzuli Hüseynov və mən - Əli Nur. Burada teatrdakı hadisələri təhlil edirik. Teatrdakı hadisələr haqqında ən sonda danışdım. Dedim ki, bura Akademik Milli Dram Teatrıdır, öz estetikası, yaradıcılıq üsulu var. Bura eksperiment meydanı deyil. Burada bişmiş, düzgün fantaziyası, istedadı olan tanınmış rejissorlar tamaşa qoymalıdırlar. Bədii rəhbər postunu Mehriban Ələkbərzadə zəbt edib. İsrafil İsrafilov (Milli Dram Teatrının sabiq direktoru - red.) kimi. İsrafil İsrafilov 7 rejissoru bir əmri ilə teatrdan çıxartdı. Raykom katibi kimi bütün məsələləri tək həll etməyə başladı. Teatrı məhv edib çıxıb getdi. Bundan sonra teatrı tək veriblər Mehriban Ələkbərzadəyə. O teatrda istədiyi hərəkəti edir. Onu vaxtı ilə mən Sumqayıt Teatrında yanğınsöndürən stajına götürüb bir il yetişdirmişəm. İncəsənət Universitetinin rektoru Aslan Aslanovun yanına gətirmişəm. Aslan Aslanov da onu rejissorluq fakültəsinə qəbul edib. Mehriban daha sonra televiziyada müəyyən adamların köməyi ilə məşhur olmağa başladı. YUĞ Teartında işlədi. Gənc Tamaşaçılar Teatrının baş rejissor oldu. Birdən-birə "Azdrama"ya bədii rəhbər təyin olundu”.

Ə.Nur bildirib ki, M.Ələkbərzadə Hikmət Rəhimov və Ziya Ağaya himayədarlıq edib:

“O, təyin olunmazdan əvvəl nüfuzunu göstərmək üçün vaxtlı ilə iki aktyora həmayədarlıq etdi: Biri Hikmət Rəhimov, digəri də cəmi bir rol "İblis" tamaşasında "Arif"i canlandıran Ziya Ağa. O tamaşanı oynayandan sonra xarici radiolara müsahibə verdi və onu teatrdan çıxartdılar. Mehriban bununla barışmadı. Həmin aktyorun xalası oğlu - Rus Dram Teatrından Murad adında aktyoru gətirdi həmin rola. Hansı ki, teatrda "Arif"i 5-6 ildir canlandıran istedadlı aktyorlar var. "Azdrama"da olan aktyor və aktrisalar heç bir teatrda yoxdur. Elçin Əfəndiyevin əsərini hazırlayanda "Ağabəyim" obrazını Günəş adında bir aktrisaya verdi. Mən heç onu görməmişəm, tanımıram. Buna görə aktrisalar Mehribanla başladılar mübahisə etməyə. O isə hikkəsindən dönmədi. Teartda Günəşdən də güclü aktrisalar var. Onaları qoyub Günəşi gətirdi, bu da narazılıqlar yaratdı”.

Aktyor Əməkdar artist Füzuli Hüseynovdan danışıb. Ə.Nur teatrda yaşanan davanı belə izah edib:

“Mehriban teatrda kiməsə arxalanmalıdır. O, Əməkdar artist Füzuli Hüseynovu özünə dəstək üçün teatrda saxladı. Ən sonda mən çıxış edəndə Füzuli Hüseynov başladı mənə replikalar atmağa. Sonra da durub başladı qışqırıb-bağırmağa. Orada 4 aktyor, 1 aktrisa, teatrın direktoru və Mehriban var idi. Füzulini sürüyüb çıxarıb atdılar çölə. Mən də çıxışıma davam etdim. Axşam gördüm aləm dəyib bir-birinə. Yazdılar ki, aktyorlar Əli Nuru döyüb. Axı bunu kim edə bilər? Heç kim mənim qabağımda mənə qarşı nəsə edə bilməz. Mehribanın işarəsi ilə Füzuli belə bir hərəkət etdi və atdılar bayıra. Mehriban şou düzəltmək və imicini düzəltməkdən ötəri sözügedən sayta zəng edib tapşırıb ki, Əli Nur çıxş edib teatrda, aktyorlar da onu döyüb. Həmin sayt da heç bir şeyi araşdırmadan, mənimlə əlaqə saxlamadan bunu yayıblar. Bütün media da bu olmayan şounu yayıb. İndi mən saytı məhkəməyə verib 100 min manat təzminat tələb edəcəyəm. Çünki olmayan hadisəni şou düzəldərək, məni nüfuzdan salaraq yayıblar. Bunun başında Mehriban Ələkbərzadə durur. Bütün dünya məni təkcə aktyor deyil, filosof alim kimi tanıyır. Bir neçə ay bundan əvvəl Türkiyədə Ərdoğanla görüşəndə ölkəmiz haqqında onunla fikirlərimi bölüşdüm, o da məni qucaqlayıb bağrına basdı. Bütün bunları qəbul etməyən Mehriban bu gün teatrda at oynadır, hikkədir, qurduğu tamaşalarda "n" qədər zəiflər var. Çünki onun nə rejissor, nə də aktyor sənətindən xəbəri var. Heç bir aktyora imkan vermir ki, öz istədiyi kimi monoloq desin. Bunların məqsədi şou yaradıb mənim imicimi aşağı salmaqdır. Onları məhkəmə vasitəsi ilə cəzalandıracağam”.

Ə.Nur bildirib ki, M.Ələkbərzadəni məhkəməyə verəcək:

“Mehribanı da məhkəməyə verəcəyəm. Bunu o yaradıb. Mehribanla bağlı bugünə qədər heç yerə şikayət etməmişəm. Amma indi edəcəyəm. Prezidentə, cənab nazirimizə müraicət edəcəyəm. Onları cəzalandırmalıyam. Mehriban, sən diz çöküb şükür etməlisən ki, "Azdrama" kimi nəhəng teatrdın kollektivi ilə işləyirsən. Burada oyunbazlıq etmə. Sən “raykom katibi” deyilsən, rejissorsan. Sən o posta yaramırsan. Orada dahilər əyləşib: Adil İsgəndərov, Həsənağa Turabov, Əliabbas Qədirov, Azər Paşa Nemətov. Sən özünü uşaq yerinə qoyub hikkəlik edirsən. Xain, paxılsan. Mən həm şəhid atasıyam. Mehriban, sən məni görəndə diz çöküb dua oxumalısan. Mənim kölgəmdə bu teatra gəlmisən". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri