Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Mehriban Vəliyeva: “8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir”

Mehriban Vəliyeva: “8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə, enerji sektorunun inkişafında ciddi əhəmiyyət kəsb edir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır. 

Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir. Çünki son illərdə qlobal miqyasda enerji təchizatı və infrastrukturuna qarşı artan təhdidlər, risklər ölkəmizin bu sahədə çevik, effektiv addımlar atmasını şərtləndirir”. 

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, yeni stansiyanın istifadəyə verilməsi ölkəmizdə təbii qaz sərfiyyatını azaldacaq, ixrac imkanlarının genişləndirəcək: “1880 meqavat generasiya gücünə malik olan 8 Noyabr” ES  Azərbaycanın ən böyük elektrik stansiyasıdır. Ümumi enerji istehsal gücünün təxminən 20 faizini bu stansiyanın üzərinə düşəcək. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması həm Azərbaycan mühəndis məktəbinin, həm də ölkəmizin texniki və idarəetmə bacarığının yüksək səviyyədə olmasının göstəricisidir. Xatırladım ki, sovet dövründə belə bir gücə malik stansiya 7 ilə tikilib qurtarırdı. Azərbaycanın əsas ticarət tərəfdaşları olan İtaliya və Çin şirkətlərinin iştirakı ilə ərsəyə gələn stansiya bərpaolunan enerji sektoruna keçid üçün də mühüm imkanlar yaradır. Azərbaycan hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni mərhələnin başlanğıcı oldu. Səfər çərçivəsində bərpaolunan enerji sahəsində birgə layihələrin icrasının razılaşdırılması gələcək əməkdaşlığa zəmin yaratdı. Bu gün biz artıq bu əməkdaşlıqların real bəhrəsini görməkdəyik. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji generasiya hədəfi ölkəni bu sahədə regional liderə çevirməyə imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi çəkisini də yüksəldəcək. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm baza, qarantdır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi davamlı inkişaf siyasətimizin əsas elementləridir. Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edir və ölkəmizin beynəlxalq nüfuzunu artırır. “8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, məqsədyönlü inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir”. 

Mehriban Vəliyeva onu da qeyd etdi ki, stansiyanın məhz “8 Noyabr” adlandırılması təsadüfi deyil və dərin simvolik məna daşıyır: “Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günüdür. Bu addım təkcə mühəndislik layihəsinə ad vermək deyil, həm də milli qürur və qələbə ruhunun enerji ilə vəhdətidir. 

44 günlük Vətən müharibəsində Azərbaycan hərbi və siyasi gücünü necə nümayiş etdirirdisə, bu gün eyni gücü enerji və iqtisadiyyatın digər sektorlarında da ortaya qoyulub. Biz qarşımıza qoyduğumuz məqsədlərə çata bilən, ən çətin maneələri aşa bilən, ən mürəkkəb problemləri həll edə bilən bir dövlətik, siyasi gücük. Əlbəttə ki, bu güc ağıllı və peşəkar siyasi liderin və onun ətrafında monolit komandanın olmasından qaynaqlanır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və ondan sonra atılan digər addımlar Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, ölkəmizin regional gücə çevrilməsinə səbəb oldu. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də növbəti iqtisadi uğurlarımızdan biridir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatı bu gün öz nəticəsini verməkdədir. Gələcəkdə Azərbaycanın enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması üçün davamlı tədbirlər görüləcək.  Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması bunu deməyə imkan verir. Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verən möcüzəvi layihələrlə hər kəsi təəccübləndirməkdə davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see250

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see224

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see188

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see153

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see146

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri