Icma.az
close
up
RU
Mehriban Vəliyeva: “Ştaynmayerin bu səfəri Azərbaycan Almaniya əlaqələrində yeni səhifə açacaq”

Mehriban Vəliyeva: “Ştaynmayerin bu səfəri Azərbaycan Almaniya əlaqələrində yeni səhifə açacaq”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji əlaqələrin daha da gücləndirəcək, münasibətlərdə yeni səhifə açacaq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da artacağını proqnozlaşdırmaq olar. Çünki Azərbaycan Avropa enerji bazarında mühüm oyunçu olaraq Almaniya ilə ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir. Azərbaycanın geostrateji mövqeyi Avropa ilə əlaqələrin inkişafına müsbət təsir göstərir və daha geniş bir regional əməkdaşlıq üçün zəmin yaradır. O cümlədən Almaniya şirkətləri Şərqlə-Qərbin qovşağında yerləşən, mühüm nəqliyyat dəhlzilərinin keçdiyi Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda maraqlıdırlar. Bu mənada Ştaynmayerin səfəri əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri olaraq Avropanın aparıcı ölkələri ilə yaxın təmaslar qurması strateji maraqlarımıza uyğundur”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, Azərbaycan regionun ən uğurlu ölkələrindən biridir və onun enerji sahəsində Avropa üçün strateji əhəmiyyəti günü-gündən artır: “Qeyd edim ki, iki ölkə arasında iqtisadi əlaqələrin tarixi kökləri yüz illər öncəyə gedib çıxır. Daha dəqiq ifadə etsək, Azərbaycan–Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları, kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Ticari əlaqələrimiz bu gün də inkişaf etməkdədir. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması nəticəsində ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Hazırda həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində atılan addımlar bu əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycan bərpa olunan enerji mənbələrinə böyük investisiya yatırır. Bu sahədə böyük təcrübəyə malik olan Almaniya öz uğurlarını bizimlə bölüşə bilər. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlərin adlarını sadalamaq olar. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 400 milyon avrodan çoxdur. Bu gün 

Almaniya Avropanın ən güclü sənaye dövlətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi iri nəqliyyat layihələri Almaniya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Berlinin Mərkəzi Asiya və Çin bazarlarına çıxışı Azərbaycanın sayəsində daha da asanlaşa bilər”. 

Millət vəkili bildirdi ki, Azərbaycan ilə Almaniya arasındakı humanitar əlaqələr hər zaman güclü olub: “Təhsil və mədəniyyət sahələrində bizim güclü əməkdaşlığımız mövcuddur. Güclü təhsil sisteminə malik olan Almaniya tarixən azərbaycanlı tələbələrin, elm xadimlərinin üz tutduqları əsas ölkələrdən biri olub. Avropa İttifaqının aparıcı dövləti olan Almaniya Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və reallığı düzgün qiymətləndirir. Berlin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının, sülhün tərəfdarıdır. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Onu da diqqətə çatdırım ki, Azərbaycanın Bakı və Sumqayıt şəhərləri ilə Almaniyanın Maynts və Lüdviqshafen şəhərləri “qardaşlaşmış şəhərlər” elan olunub. Bu il Sumqayıtla Lüdviqshafen şəhərlərini arasındakı dostluq əlaqələrinin 38 illiyi tamam olur. Bütün bunlar göstərir ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan və Almaniya münasibətləri ildən ilə güclənir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də regionumuzun inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyətə malikdir. Güclənən Azərbaycan bundan sonra da Avropa üçün hələ uzun illər əhəmiyyətli tərəfdaş olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri