Icma.az
close
up
RU
Mehriban Vəliyeva: Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır

Mehriban Vəliyeva: Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Novruz Azərbaycan xalqının ən qədim, ruhuna ən yaxın bayramdır. Novruz bayramı və çərşənbələr xalqımızın tarixini, zəngin folklorunu və fəlsəfəsini özündə yaşadır. Hətta sovetlər birliyinin qılıncının dalının da kəsdiyi bir dönəmdə bu bayramı bizim yaddaşımızdan silə bilmədilər. Ümumbəşəri mədəniyyət nümunəsi kimi qəbul edilən Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir və bütün Şərqdə qeyd edilir. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu bayramı qeyd və təbliğ edir. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Tanrıya, kainata, təbiətə, insana münasibətin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də Şərq xalqlarının bayramıdır, qiymətli sərvətidir”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, xalqımız Novruz bayramını həm də ona görə çox sevir ki, qışın şaxta-boranını, sazağını Yazın xəfif istiləri əvəz edir: “Bayram günü süfrəmiz müxtəlif təamlarla, şirniyyatlarla bəzədilir, zəngin olur. Sevinirik ki, qışın qıtlığı arxada qalır, qarşıdan bərəkətli, bol-məhsullu aylar gəlir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Bu bayram ölkəmizdə dövlət səviyyəsində, təmtəraqla qeyd olunur. Ulu Öndər Heydər Əliyev Novruz bayramının mahiyyətini və dəyərini çox sərrast ifadə etmişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Hər bir Azərbaycan vətəndaşı arzu edir ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

M.Vəliyeva onu da bildirdi ki, artıq 5-ci ildir ki, Azərbaycan xalqı Novruz bayramını bütün ölkə ərazisində qeyd edir: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. İşğaldan azad olunmuş bütün şəhər, rayon və kəndlərimizdə Novruz tonqalları qalanır, şənlik edilir. Ağrılı-acılı günlərimiz tonqallarda yanıb yox olur. Prezident İlham Əliyev azad Şuşada bayram tonqalını alovlandıran zaman çıxışında bu günün əhəmiyyətini qeyd etmişdi: “Hәmin gün gәldi. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi”. Prezident İlham Əliyev hər il Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür və Novruz fəlsəfəsinin ruhuna uyğundur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib”.

Sonda millət vəkili bildirdi ki, dostluq, həmrəylik, yüksək mənəviyyat təcəssümü olan Novruz həm də arzular bayramıdır: “Bu bayramda hər kəs bir-birinə ən gözəl arzularını diləyir. Mən də xalqımıza ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Qarabağ torpağında, Şuşada qalanan tonqal əbədi alovlansın! Tanrı bu qürurlu günləri bizə bəxş edən Ali Baş Komandanı, müzəffər Azərbaycan Ordusunu qorusun! Şəhidlərimiz nur içində yatsın, qazilərimiz sağlamlıqlarına qovuşsun!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri