Icma.az
close
up
RU
Sovet dövründə Tofiq Məmmədov Livana necə qaçmaq istəyirdi? Qeyri adi plan

Sovet dövründə Tofiq Məmmədov Livana necə qaçmaq istəyirdi? Qeyri adi plan

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sovet dövründə Azərbaycanda baş verən hadisələrin çoxu o dövrün qaydalarına və senzuralarına görə gizlədilib. Lakin Azərbaycandan xaricə qaçmaq üçün müxtəlif yollara əl atanlar barədə şəhər əfsanələri var. 1961-ci ildə üç nəfərin Bakı hava limanından təyyarə qaçırıb İrana qaçmaq istəməsi, 1980-ci ildə Amerikaya qaçmaq istəyən şəxsin Bakıda təyyarədə olan sərnişinləri girov götürməsi, 1976-cı ildə təyyarəni İrana, oradan da Türkiyəyə qaçırmaq və bu kimi neçə neçə fakt var. Sovet dövründə Binə hava limanı "cənuba açılan qapı" hesab olunurdu. Sərhədə yaxınlığına görə SSRİ-nin bütün regional hava limanları arasında ən yüksək mülki geyimli KQB zabitlərinin cəmləşdiyi yer burada idi.

Bu gün toxunacağımız məsələ Tofiq Məmmədov (bəzi mənbələrdə Anatoli da qeyd edilir) adlı hava limanının işçisinin eniş şassisi bölməsində qaçmaq cəhdidir.

Bu hadisə 1970-ci ildə (1973,1974-də var sənədlərdə) baş verib. Hava limanında təmizlikçi (yükdaşayan) işləyən Tofiq Məmmədov uzun zaman idi ki, qaçış planı hazırlayırdı. Əsas niyyəti Amerikaya getmək olan Tofiq uzun zaman təyyarələrin texniki xarektirtistikasını öyrənir. Nəticə seçimi TU-154 (Livana gedən) təyyarəsi olur.

Mamedov Tu-154-ün şassi bölməsini seçməsinin bir səbəbi var idi. Köhnə modellərdən fərqli olaraq, Tu-154-ün şassi gövdəsi olduqca genişdir. O, bölmənin içərisindəki hidravlik şlanqlara ümid edirdi ki, onlardan möhkəm tutsa sağ qala bilər.

Təyyarə hava limanında olan zaman, texniki xidmət göstərildiyini görən Tofiq giclincə əsas şassilərin geri çəkildiyi girintiyə daxil olub qıvrılaraq gizlənir. Bura olduqca təhlükəli bir yerdir: təzyiq bir yana, uçuş zamanı nəhəng təkərlər və mexanizmlər sadəcə bir insanı əzə bilərdi. Bundan əlavə 10.000 metr yüksəklikdə temperatur -50°C-yə düşür ki, bir insan bu soyuğa çətin dözə bilər.

Lakin o arzusuna çata bilmir, uçuşdan əvvəlki hazırlıqlara nəzarət edən texniklərdən Hüseynov soyadlı işçi, gövdənin içində yad bir cisimin siluetini görür. Onlar işıq salıb bu yerə baxanda metal konstruksiyalara sıxılmış Tofiqi görür Təyyarə uçuş-enmə zolağına doğru hərəkət etməyə başlamazdan bir neçə dəqiqə əvvəl Mamedov təyyarədən çıxarılır.

Əgər təyyarə havaya qalxsaydı, hipoksiya və donvurma səbəbindən sağ qalma şansı olmaz idi. Onu xilas etməyə gələnlər görürlər ki, Tofiq qorxudan şok vəziyyətə düşüb. Onun çatnasından çörək və pendir, bir qab su var idi.

O, "SSRİ dövlət sərhədini qanunsuz keçməyə cəhd"də ittiham olunur, ağlında qüsurlar olması aşkar edilərək məcburi müalicəyə göndərilib. Bir versiyaya görə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.

Bi hadisə o qədər qeyri adi idi ki, hava limanına gələn təcrübəçilərə ilk olaraq deyirdilər: “Ətrafa diqqətlə baxın, birdən ikinci Məmmədov çıxar ordan”

Bu barədə isə məxflik qorundu. Rəhbərlik hesab edirdi ki, bu barədə məlumat dərc olunmasının başqalarını da təşviq edə bilər.

PS: Şəkil süni intelektlə düzəlib

Prof.Dr.Zaur Aliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri