Icma.az
close
up
RU
Azərbaycan Xalq Cümhuriyyəti siyasi tariximizin ən parlaq səhifəsidir Mehriban Vəliyeva

Azərbaycan Xalq Cümhuriyyəti siyasi tariximizin ən parlaq səhifəsidir Mehriban Vəliyeva

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Dünyada 4 minə yaxın xalq var ki, onlardan 200-ə qədəri  müstəqil dövlət qura bilib. Ərazisinə və əhalisinin sayına görə Azərbaycandan dəfələrlə böyük xalqlar hələ də müstəqillik uğrunda mübarizə aparırlar, amma nəticə əldə edə bilmirlər. Biz xöşbəxt və şanslı xalqlardanıq. Çünki üçrəngli bayrağımız dünyada, BMT kimi mötəbər qurumun binası önündə qürurla dalğalanır. Buna görə bizə böyük bir dövlətçilik ənənəsini miras qoymuş, yoxdan bir dövlət yaratmış qurucu babalarımıza və onların missiyasını yüksək səviyyədə, böyük şərəflə yaşadan, davam etdirən siyasi liderlərimizə, ziyalılarımıza minnətdar olmalıyıq”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu gün sahib çıxdığımız müstəqilliyin, əldə etdiyimiz uğurların əsasında ötən əsrin əvvəllərində böyük mütəfəkkirlərimizin  zəhməti, mücadiləsi dayanır. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu tarixi hadisənin həyatımızdakı yerini və rolunu  heç nə ilə müqayisə etmək olmaz.  Məmmədəmin Rəsulzadənin dediyi kimi, cəmi 23 ay ömür sürsə də, istiqlalımız insanlara hürr yaşamağı, azadlığı daddıra bildi. O hürriyyət, o dad ki, onun şirinliyi heç zaman damağımızdan getmədi. 107 il öncə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq müsəlman Şərqində ilk demokratik dövlət quran və onun adını dünya tarixinə qızıl hərflərlə həkk etdirən ziyalılarımız, siyasi xadimlərimiz qısa müddət ərzində çox böyük işlər gördülər. İlk parlament yarandı, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlətinin dünyada tanınması üçün diplomatik fəaliyyət gücləndirildi. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət atributları, Azərbaycan vətəndaşlığı təsis olundu. Maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlamasının milli dövlətçilik üçün  böyük əhəmiyyəti var idi. Məhz həmin dövrdə Bakı Dövlət Universiteti yaradıldı, gənclər ali təhsil almaq üçün dövlət hesabına müxtəlif ölkələrə göndərildi,  Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Təəssüf ki, cümhuriyyətimizin ömrü qısa oldu. Azərbaycan Xalq Cümhuriyyəti  1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən devrilsə də, Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silmək mümkün olmadı. Heydər Əliyev çıxışlarının birində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə beş dəfə hökumət təşkil olun­muşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yaz­mışlar”

Azərbaycan xalqı 70 il ərzində böyük məşəqqətlər, itkilər hesabına da olsa, milli mənlik şüurunun ölməsinə imkan vermədilər. Bu müddət ərzində mühacirət ömrü yaşamağa məcbur olan ziyalılarımız xarici ölkələrdə Azərbaycanın müstəqilliyi naminə təşkilatlandılar, dərnəklər, mətbu orqanlar təsis etdilər. Məhz XX əsrin 60-80-ci illərində Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə milli məfkurənin yaşaması üçün mühüm addımlar atdı. Milli ənənələrin bərpası və yaşaması üçün gördüyü işlər əvəzsiz idi.   Bu müqəddəs mübarizələr öz nəticəsini gec də olsa verdi. 70 ildən sonra yenidən ayağa qalxdı, haqqını tələb etdi, qanı-canı bahasına azadlığınını, müstəqilliyini təmin etdi və yenidən əsrin sonunda müstəqilliyinı qovuşdu, demokratik Azərbaycan dövləti quruldu. 1991-ci ilin 18 oktyabrında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”. 

Mehriban Vəliyeva təəssüflə qeyd etdi ki, 1990-cı illərin əvvəllərində Qarabağda baş qaldıran erməni separatizmi,   eyni zamanda, ölkədəki siyasi hərc-mərclik, xaos, siyasi səriştəsizlik müstəqilliyimizi yox olmaq təhlükəsi qarşısında qoymuşdu. Eyni ssenari yazılmışdı. 1993-cü ilin may-iyun aylarında hökumət böhranı artıq çıxılmaz vəziyyətə çatmışdı.  Təbii ki, belə bir məqamda bütün diqqət Naxçıvana yönəlmişdi,  ümidlər Ümummilli lider Heydər Əliyevə idi.  Baş verənlər dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişini qaçılmaz edirdi.  Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Qısa zaman ərzində ölkədə hərc-mərcliyə son qoyuldu, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, iqtisadi və siyasi islahatlar genişləndirildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları haqqında hər zaman yüksək fikirdə olub. O, Rəsulzadə və onun silahdaşlarının şəxsiyyətlərinə böyük hörmət nümayiş etdirib. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona ehtiramını göstərib. O, Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən AXC-nin tarixini, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətlərini müasir Azərbaycan Respublikası üçün qürur mənbəyi hesab edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib.

Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi dövlət səviyyəsində geniş qeyd olunub”.

Millət vəkili qeyd etdi ki, Rəsulzadə və tərədarlarının bizə miras qoyduğu dövlət Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində daha da gücləndi, qüdrətləndi. Prezident İlham Əliyev də hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tariximizdəki rolunu daim yüksək qiymətləndirib, Cümhuriyyət qurucularına ehtiramla yanaşıb. 

2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsi bunun sübutudur. Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, o cümlədən 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması dövlətçilik ənənələrinə bağlılığın, sadiqliyin təsdiqidir.

Prezident İlham Əliyev Məmmədəmin Rəzulzadəni xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim adlandırıb. Cənab Prezident AXC qurucularına olan ehtiramını təkcə sözlə deyil, əməllə də təsdiq edib.

Azərbaycan xalqı həm çar Rusiyasının, həm Cümhuriyyət, həm sovet dövründə, həm də 1990-cı ildən sonra ermənilərin ardıcıl terroruna, soyqırımına məruz qalıb. 

İlham Əliyev Ali Baş Komandan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşizmi üzərində tarixi qələbə qazandı, AXC Ordusunun başa çatdıra bilmədiyi missiyasını tamamladı. O, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Üçrəngli Bayrağımızı  işğaldan azad olunmuş Şuşada, Xankəndidə ucaltmaqla babalarımızın, xalqımızın qisasını aldı, gələcək nəsillərə unudulmaz dövlətçilik  nümunəsi bağışladı. 

Bu gün AXC-nin qurulmasında iştirak etmiş, erməni terrorunun qurbanı olmuş xalqımızın övladlarının ruhu şaddır. Biz onların ümidlərini doğrultduq, arzularını reallaşdırdıq. Biz onların ideyalarını yaşadırıq, gələcək nısillərə ötürürük. Onların bizə  etibar etdiyi, miras qoyduğu dövlətçilik ənənəsi bu gün etibarlı əllərdədir”.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see164

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see127

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri