Icma.az
close
up
RU
Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıtda sahilyanı təmizlik aksiyası keçirilib FOTOLAR

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıtda sahilyanı təmizlik aksiyası keçirilib FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda sahilyanı təmizlik aksiyası keçirilib.

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Xəzər dənizinin Sumqayıt Bulvarı sahilində genişmiqyaslı iməcilik aksiyası həyata keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, aksiya ətraf mühitin mühafizəsi, ictimai həmrəyliyin gücləndirilməsi və ekoloji şüurun artırılması məqsədilə təşkil olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Sumqayıt Bulvar” MMC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Regional Mərkəzi, Xəzər Humanitar Fondu, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, şəhər ictimaiyyəti, könüllülər, ekoloji fəallar və gənclər iştirak ediblər.

Tədbir zamanı mediaya açıqlama verən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, bu gün gözəl Sumqayıtın dənizkənarı ərazisində bir araya gəlməkləri təkcə iməcilik məqsədi daşımır:

“Bu, həm də şəhərimizə və təbiətimizə olan sevgimizin ifadəsidir. Sumqayıt yalnız sənaye və inkişaf şəhəri deyil, eyni zamanda parkları, yaşıllıqları, təmizliyi və dəniz sahili ilə seçilən doğma evimizdir. Biz bu gözəllikləri qorumaqla həm öz sağlamlığımızı, həm də gələcək nəsillərin rifahını təmin etmiş oluruq”.

Deputat vurğulayıb ki, təmiz və abad şəhər mühiti ictimai mədəniyyətin göstəricisidir:

“Sumqayıtın deputatı olaraq hesab edirəm ki, şəhərimizin hər guşəsinin səliqəli və təmiz saxlanılması bizim mədəni səviyyəmizi əks etdirir. Təmiz ətraf mühitdə yaşamaq hər bir vətəndaşın hüququ, onu qorumaq isə hər birimizin borcudur.

Bu kimi təşəbbüslər ekoloji maariflənməyə və ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Mən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, təşəbbüsümüzə qoşulan hər kəsə təşəkkür edir, bu cür faydalı tədbirlərin davamlı olacağına inanıram”.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru və şəhər bölməsinin sədri Mətanət Məhərrəmova isə bildirib ki, çalışdığı təşkilat hər zaman sağlam və təhlükəsiz mühitin təşviqinə, humanitar dəyərlərin qorunmasına böyük dəstək verir:

“Bu cür aksiyalar cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək həmrəyliyi gücləndirir. Xüsusilə gənclərin fəallığı bizi sevindirir və gələcəyə ümid yaradır.”

Tədbirdə iştirak edən digər qurumların nümayəndələri, gənclər, könüllülər, ekoloji fəallar belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.

Onlar ətraf mühitin qorunmasının yalnız dövlət və qurumların deyil, bütün cəmiyyətin birgə məsuliyyəti olduğunu bildiriblər.

Sonda iştirakçılar sahil boyu təmizlik işləri apararaq ərazidə tullantıların yığılmasına böyük töhfə veriblər.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri