Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Azı qərar, çoxu zərər...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Mehriban xanım Əliyeva dövlətçiliyin və humanitar diplomatiyanın parlaq nümayəndəsi ŞƏRH

Mehriban xanım Əliyeva dövlətçiliyin və humanitar diplomatiyanın parlaq nümayəndəsi ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şərəfli yol və tarixi xidmətlər

Azərbaycan dövlətçiliyinin müasir mərhələsində böyük nüfuza və təsir gücünə malik olan şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Onun çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın inkişafına, milli-mədəni dəyərlərin qorunması və təbliğinə, humanitar diplomatiyanın, siyasi və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində və tərəqqisində Mehriban Əliyevanın fəaliyyəti əvəzsizdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların dəstəklənməsində, inkişaf və rifahın yüksəldilməsində, sosial ədalətin təmin olunmasında, humanitar siyasətin formalaşmasında mühüm rol oynayır.

Mehriban xanımın fəaliyyəti həm dövlət idarəçiliyinin çevikliyinə, həm cəmiyyətin hərtərəfli inkişafına və həm də ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə töhfə verir.

Onun şərəfli həyat yolu və tarixi xidmətləri xalqımızın yaddaşında əbədi iz buraxmaqdadır. Mehriban Əliyevanın fəaliyyəti dövlətimizin tərəqqisi, millətimizin gələcəyi naminə yüksək vətəndaşlıq mövqeyinin bariz nümunəsidir.

Dövlət idarəçiliyi və Birinci Vitse-prezident fəaliyyəti

2017-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti vəzifəsinə təyin olunan Mehriban xanım Əliyeva, dövlət idarəçiliyində yüksək peşəkarlıq, prinsipiallıq və humanist yanaşması ilə seçilir. Onun rəhbərliyi altında sosial məsələlərin həllinə, əhalinin rifahının yüksəldilməsinə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman və digər prioritet sahələrinin inkişafına xüsusi diqqət yetirilir.

Ən mühüm istiqamətlərdən biri kimi də şəhid ailələri, müharibə iştirakçıları və sosial həssas təbəqələrin dövlət qayğısı ilə əhatə olunmasıdır. Mehriban xanımın təşəbbüsləri sayəsində əhalinin rifahını yüksəltməyə xidmət edən sosial layihələr həyata keçirilir, dövlət və vətəndaş arasında qarşılıqlı etimad və həmrəylik daha da möhkəmlənir.

Birinci Vitse-prezidentin önəmli fəaliyyətlərindən biri də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə əzmlə xidmət etməsidir. Mehriban Əliyeva həm dövlət xadimi, həm də humanist şəxsiyyət kimi Azərbaycan tarixində öz imzasını atıb. Onun fəaliyyəti xalqımızın gələcəyi naminə sədaqətli xidmət nümunəsidir.

Humanitar diplomatiya və beynəlxalq nüfuz

Mehriban Əliyeva dünyada humanitar diplomatiyanın ən parlaq və nüfuzlu təbliğatçılarından sayılır. Onun təşəbbüsü ilə Bakıda, Qarabağda, Şərqi Zəngəzurda və digər regionlarımızda təşkil olunan beynəlxalq tədbirlər, forumlar, mədəniyyət festivalları, idman yarışları Azərbaycanın qlobal mədəniyyətlərarası dialoq və sülh mərkəzinə çevrilməsinə səbəb olmuşdur.

Mehriban xanımın təşəbbüsləri və fəaliyyəti nəticəsində Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi dünyada tanınır.

Mehriban Əliyevanın şaxələnmiş fəaliyyəti sosial siyasət və humanitar diplomatiya sahələrində strateji əhəmiyyətə malikdir. Onun bu sahədə təkrarolunmaz xidmətləri humanitar diplomatiyanın da dünyada getdikcə nüfuz qazanmasına səbəb olmuşdur.

Heydər Əliyev Fondunun fəaliyyəti – qlobal humanizm nümunəsi

2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın və regionun ən iri, nüfuzlu ictimai-humanitar təşkilatına, qlobal dünyanın dayanıqlı inkişaf məqsədlərini reallaşdıran beynəlxalq sosial platformaya çevrilmişdir.

Fond təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, sosial müdafiə sahələrində saysız-hesabsız layihələr reallaşdırmışdır. Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət ocaqlarının tikintisi və bərpası, müxtəlif humanitar aksiyalar Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir.

Fond yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da humanist dəyərlərin təbliği və yardımların göstərilməsi ilə böyük nüfuz qazanmışdır. Dünyanın müxtəlif bölgələrində – təbii fəlakətlərin, müharibələrin və sosial böhranların yaşandığı məkanlarda Heydər Əliyev Fondu tərəfindən yardım aksiyaları həyata keçirilmişdir.

Milli-mədəni irsin qorunması və təbliği

Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına böyük töhfələr vermişdir. Onun təşəbbüsü ilə muğam sənəti, xalçaçılıq, misgərlik, aşıq sənəti, kəlağayı kimi milli-mədəni dəyərlər UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. UNESCO və ISESCO-nun Xoşməramlı səfiri kimi Mehriban xanım, Azərbaycanın zəngin irsini dünyaya təqdim etməklə yanaşı, xalqlar arasında mədəni dialoqun inkişafına da xüsusi diqqət yetirmişdir.

Bu gün Azərbaycan muğamı Parisdən Vaşinqtona, Tokiodan Berlina qədər səslənirsə, bu, onun yorulmaz səylərinin bəhrəsidir. Qarabağ mədəniyyəti, mədəni irsinin qorunması və dünyada təbliği Mehriban Əliyevanın fəaliyyət prioritetinin əsas aparıcı istiqamətlərindəndir.

Şuşa ilə yanaşı Azərbaycanın digər şəhərlərinin də Türk, İslam, ISESCO, EKO və MDB mədəniyyət paytaxtları statusları qazanması və bu regional və beynəlxalq mədəniyyət platformalarında milli-mədəni irsimizin təbliği bu yorulmaz “Mədəniyyət elçisi”nin şah əsərləridir.

Mədəniyyət sahəsində həyata keçirilən layihələr həm ölkə daxilində milli kimliyin qorunmasına, həm də beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə xidmət edir.

Mehriban Əliyeva – millətin zərif, güclü və xeyirxah səsi

Mehriban xanım Əliyeva – bu ad bu gün Azərbaycan xalqı üçün sadəcə bir dövlət xadiminin deyil, həm də Xeyirxahlığın, Humanizmin və Millətə sevginin rəmzidir. O, öz həyat yolunu xalqa xidmətə, milli dəyərlərin yaşadılmasına və Azərbaycanın dünyada tanıdılmasına həsr etmişdir.

Mehriban xanımın fəaliyyəti hər addımda insan sevgisi ilə yoğrulmuşdur. Harada bir yardıma ehtiyac varsa, orada Mehriban Əliyevanın şəfqət əli uzanır. Bu səbəbdən xalqımız onu sadəcə bir siyasətçi deyil, həm də xeyirxah bir ana, qayğıkeş bir insan kimi tanıyır.

Mehriban Əliyeva – həm zərif bir qadın, həm güclü bir siyasətçi, həm də böyük bir xalqın mənəvi dayağıdır. Onun şərəfli ömür yolu Millətin yaddaşında Vətənpərvərliyin və Vətənə sədaqətin əbədi nümunəsi, Xalqın mənafeyini hər şeydən üstün tutan Xeyrxah bir Lider kimi qalacaqdır.

Asif ƏSGƏRLİ

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see697

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see501

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see421

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see256

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see200

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see175

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see155

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see146

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see144

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see139

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see138

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see132

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see130

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see126

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see126

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see125

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see122

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see122

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri