Icma.az
close
up
RU
Mehriban Əliyeva Azərbaycanın mədəni diplomatiyasının parlaq siması, humanitar sülhün elçisidir ŞƏRH

Mehriban Əliyeva Azərbaycanın mədəni diplomatiyasının parlaq siması, humanitar sülhün elçisidir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikan səfəri diplomatik müstəvidə, eyni zamanda, mənəvi və mədəni sahədə mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın humanitar diplomatiya istiqamətində apardığı uğurlu siyasətin, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi ardıcıl töhfələrin növbəti təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanı dünyada sülh, tolerantlıq və multikultural dəyərlərin daşıyıcısı kimi tanıdıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, müxtəlif ölkələrdə, o cümlədən İtaliya, Fransa, Rusiya, Pakistan, Vatikan və digər ölkələrdə dini, mədəni və tarixi abidələrin bərpasına dəstək göstərməklə, bəşəriyyətin ortaq irsinə böyük xidmət edir. Bu layihələr Azərbaycanın yalnız öz milli dəyərlərinə deyil, həmçinin bütün dünyanın mədəni və dini irsinə hörmətini nümayiş etdirir.

Vatikan səfəri həm də dövlətimizin dinlərarası harmoniya və qarşılıqlı anlaşma prinsiplərinə sadiqliyini bir daha göstərdi. Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc şəkildə bir arada yaşadığı, qarşılıqlı hörmət və anlayışın hökm sürdüyü bir məkandır. Mehriban Əliyevanın bu səfəri həmin dəyərlərin beynəlxalq miqyasda təbliği baxımından böyük mənəvi və siyasi məna daşıyır.

“Katoliklərin ideoloji mərkəzi hesab edilən Vatikanla əlaqələrin inkişaf etdirilməsi ölkəmizin bütün xristian dünyası ilə siyasi, mədəni münasibətlərinin dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki Vatikanın Qərb dünyası üzərində çəkisi, hökmü kifayət qədər yüksəkdir. Təbii ki, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mədəni əlaqələrin inkişafına yönələn təşəbbüslər Azərbaycanla Vatikan arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu səfər həm də Azərbaycanın beynəlxalq humanitar dialoqa verdiyi töhfələrin dünya miqyasında tanınmasının göstəricisidir. Mehriban Əliyeva öz fəaliyyəti ilə bir daha sübut etdi ki, Azərbaycanın humanitar diplomatiyası ölkəmizin xarici siyasətinin ayrılmaz və çox önəmli tərkib hissəsidir. Bu siyasətin əsas məqsədi xalqlar və mədəniyyətlər arasında sülh, qarşılıqlı etimad, həmrəylik və birgə inkişaf prinsiplərini möhkəmləndirməkdir”, - deyə G. Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycanın Vatikanla münasibətlərinin humanitar əsasda inkişafı həm də dünyaya mühüm mesaj verir - müxtəlif dinlər, sivilizasiyalar və mədəniyyətlər arasında dialoq mümkündür və bu dialoqun mərkəzində qarşılıqlı hörmət dayanmalıdır: “Mehriban Əliyevanın Vatikan səfəri bir daha təsdiq etdi ki, Azərbaycan bu istiqamətdə qlobal səviyyədə etibarlı tərəfdaş və nümunəvi ölkədir. Bu səfər, eyni zamanda, Azərbaycan xalqının dərin mənəvi köklərinin, tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin təcəssümüdür. Mehriban Əliyeva öz zərif, lakin qətiyyətli fəaliyyəti ilə bu dəyərləri dünya səviyyəsində təbliğ edir, ölkəmizin humanitar mərkəz kimi mövqeyini möhkəmləndirir. Mehriban Əliyevanın Vatikan səfəri bir daha göstərdi ki, Azərbaycan təkcə iqtisadi və siyasi gücü ilə deyil, həm də mənəvi və mədəni dəyərlərə bağlılığı ilə fərqlənir. Bu səfər həm milli kimliyimizin, həm də bəşəri düşüncə və dəyərlərin qorunması istiqamətində mühüm addımdır. Azərbaycan dövləti və xalqı bu missiyanı yüksək qiymətləndirir. Mehriban Əliyeva Azərbaycanın mədəni diplomatiyasının parlaq siması, humanitar sülhün elçisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri